“Ermənistan hakimiyyəti bölgədəki nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması adı altında Ermənistan və Qarabağın dərin blokadasını nəzərdə tutduqlarını anlamırlar. Üstəlik Türkiyənin Böyük Turan layihəsini həyata keçirmək üçün öz planları var”.
Keçmiş müdafiə naziri Seyran Ohanyan bu sözləri deməklə Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanın Türkiyə ilə münasibətlərlə bağlı dediklərinə reaksiya verib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.
Mənbə yazır ki, bundan əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya verdiyi müsahibəsində İrəvanın Türkiyəyə yanaşmalarının tənzimlənməsinin vacibliyini bildirib.
"Qriqoryan ölkəmizin təhlükəsizliyini təmin etmək üçün məsuliyyətlərini yerinə yetirməyə çalışsın", - deyə Ohanyan ona cavab verib.
“Qriqoryanın vəzifəsi müharibədən əvvəl və Qarabağdakı döyüş əməliyyatları zamanı təhlükəsizliyi təmin etmək olub. Təhlükəsizlik Şurası elə qurumdur ki, hərbi-siyasi vəziyyətlə bağlı düzgün nəticələr çıxarılmalı, döyüşlərin və danışıqların davam etdirilməsi ilə əlaqədar düzgün qərarlar verməlidir”. Keçmiş müdafiə naziri belə deyib.
"Düşünürlər ki, Ankara ilə yumşaq danışmaq siyasəti Türkiyənin Ermənistana loyallığını təmin edəcək. Türkiyənin özünün Böyük Turan yaratmaq planları var. Hakimiyyətimiz başa düşmür ki, blokadadan çıxmaq Ermənistan və Qarabağın dərin bir blokadaya düşməyidir". Ohanyan vurğulayıb.
Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər yoxdur, iki ölkə arasındakı sərhəd Ankaranın təşəbbüsü ilə 1993-cü ildən bəri bağlanıb.
Ölkələr arasındakı çətin münasibətlər, xüsusən Ankaranın Azərbaycanın Qarabağ problemindəki mövqeyini dəstəkləməsindən və 1915-ci il yalançı erməni soyqırımının beynəlxalq səviyyədə tanınması prosesinə Türkiyənin kəskin reaksiyasından qaynaqlanır.
Bizim.Media
- A-
- A
- A+
Region
15:37 / 30.03.2021
"Türkiyənin Böyük Turan yaratmaq planı var" - Ohanyan Təhlükəsizlik Şurasının katibinə cavab verdi
Hazırda oxunan: "Türkiyənin Böyük Turan yaratmaq planı var" - Ohanyan Təhlükəsizlik Şurasının katibinə cavab verdi
Hazırda oxunan: "Türkiyənin Böyük Turan yaratmaq planı var" - Ohanyan Təhlükəsizlik Şurasının katibinə cavab verdi
16271
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.