Rəsmi Moskva:

Rəsmi Moskva: "Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü təşkil etməyə hazırıq"

Hazırda oxunan: Rəsmi Moskva: "Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü təşkil etməyə hazırıq"

162610

“Moskva Bakı ilə İrəvan arasında gərginliyin aradan qaldırılmasına kömək edəcək istənilən təmasları alqışlayır”. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova keçirdiyi brifinqdə deyib. 

O bildirib ki, Rusiya yaxın vaxtlarda Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazırdır: 
"Bu gün bir daha təsdiq etmək istəyirəm ki, biz yaxın zamanda Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazırıq". 

Rusiya XİN rəsmisi 2020-2022-ci illər ərzində qəbul edilmiş üçtərəfli bəyanatlar kompleksinin ikitərəfli münasibətlərin normallaşması üzrə yol xəritəsi olaraq qaldığını qeyd edib. 

"Buraya iki ölkə arasında sülh sazişinin imzalanması, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması daxildir", - o deyib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO