\

\"Paşinyan hər dəfə sülhdən danışanda, ondan sonrakı dövrdə müharibə olur\" - Erməni deputat

Hazırda oxunan: \"Paşinyan hər dəfə sülhdən danışanda, ondan sonrakı dövrdə müharibə olur\" - Erməni deputat

162158

"Mən sadəcə olaraq beynəlxalq strukturlardan və Ermənistandakı xarici səfirlərdən xahiş edirəm ki, 2018-ci ildə baş verən məlum hadisələrə necə reaksiya verdilərsə, indiki proseslərə də eyni şəkildə reaksiya versinlər.  Bu gün Ermənistan Respublikasında həqiqətən də siyasi məhbusların olması faktına niyə reaksiya verməmələrinə gəlincə, bunu məni dinləyənlərin ixtiyarına buraxıram”. 

Bizim.Media "hraparak.am" saytına istiandən xəbər verir ki, bunu parlamentin “Mənim namusum var” fraksiyasının rəhbəri Ayk Mamicanyan jurnalistlərlə söhbətində deyib.

"Bu gün mən Paşinyanın sülh müqaviləsinin imzalanmasının mümkünlüyü ilə bağlı bəyanatını oxudum. Paşinyan hər dəfə sülhdən danışanda, ondan sonrakı dövrdə müharibə, ölüm, kədər, qan olur. Paşinyanın 5 ildir erməni dövlətinə gətirdikləri budur", - deyə o yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO