"Azərbaycanla sülhün bərqərar olmasına və münasibətlərin normallaşmasına kömək edə biləcək 3 əsas prinsip razılaşdırılıb".
Bizim.Media "alphanews.am" saytına istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan Ermənistan parlamentinin daimi komissiyalarının birgə iclasında 2024-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, birinci prinsipə əsasən, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımalıdır:
"Üstəlik, Ermənistan Respublikasının ərazisinin 29.800 kv.km, Azərbaycanın Respublikasının ərazisinin 86,600 kv.km olması anlayışı ilə. Bununla bağlı siyasi müstəvidə razılaşma əldə olunub. Əsas ideya mənbəyə istinad edilməli və bu rəqəmlər əsas götürülməlidir. Rəqəmlər ən son sovet ensiklopediyasından götürülüb. Orada deyilir: Ermənistan - 29,800 kv. km, Azərbaycan – 86,600 kv. km. Bura gəlməzdən əvvəl bir daha baxdım. Bu, 1977-ci ildəki ensiklopediyada qeyd olunub”.
Baş nazir vurğulayıb ki, Ermənistanın 4 qonşusu var və bütün əsas təhlükələr və mövcud imkanlar onlarla münasibətlərdə gizlənir.
“Gürcüstan və İranla dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması vacibdir. Bir daha qeyd edim ki, planlarımıza Azərbaycan və Türkiyə ilə sülh sazişinin imzalanması, münasibətlərin tənzimlənməsi daxildir. Baxmayaraq ki, biz bunun asan olmayacağını başa düşürük. Amma belə bir proqram üzrə irəliləyiş Ermənistanın dövlət maraqlarına əsaslanır”, - deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, ikinci prinsip ondan ibarətdir ki, Alma-Ata Bəyannaməsi dövlət sərhədinin delimitasiyası və gələcək demarkasiyası üçün siyasi əsas olmalıdır.
Üçüncü prinsip bütün regional kommunikasiyaların açılmasıdır.
Paşinyanın fikrincə, bu, suverenliyə, yurisdiksiyaya və qanunvericiliyə qarşılıqlı hörmət prinsipləri əsasında baş verməlidir.
Bizim.Media
- A-
- A
- A+
Region
15:32 / 30.10.2023
Paşinyan sülh müqaviləsinin imzalanmasının 3 prinsipinin ADLARINI ÇƏKDİ
Hazırda oxunan: Paşinyan sülh müqaviləsinin imzalanmasının 3 prinsipinin ADLARINI ÇƏKDİ
Hazırda oxunan: Paşinyan sülh müqaviləsinin imzalanmasının 3 prinsipinin ADLARINI ÇƏKDİ
162154
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.