"Avropa qurumları açıq şəkildə deyirlər: Nikol Zelenski kimi bizim oğlumuzdur" - Sabiq erməni deputat

Hazırda oxunan: "Avropa qurumları açıq şəkildə deyirlər: Nikol Zelenski kimi bizim oğlumuzdur" - Sabiq erməni deputat

162142

"Mən təklif edirəm ki, ABŞ səfiri ailəsi ilə köçüb demokratiya çırağı (?) - Ermənistanda yaşasın. ABŞ səfirinə arzu edirəm ki, onun qohumları belə uydurma cinayət işlərindən keçsinlər".

Bizim.Media "aysor.am" saytına istinadən xəbər verir ki, bunu sabiq erməni deputat Naira Zöhrabyan "Respublika" partiyasının vitse-prezidenti Armen Aşotyanın cinayət işi üzrə keçirilən məhkəmə prosesinin əvvəlində jurnalistlərlə söhbətində deyib. 

O, əsasən ABŞ səfirinin "Ermənistan Cənubi Qafqazda demokratiya çırağıdır" fikirlərinə münasibət bildirib.

“Mən bu yaxınlarda Avropa strukturlarında görüşlərdən qayıtdım. Armen Aşotyanın siyasi məhbus olduğunu tanımayan qurum yoxdur. Şəxsi söhbətlərdə deyirlər ki, Armen Aşotyanın işinin tez yekunlaşaraq Avropa Məhkəməsinə çatması düzgün olardı, çünki orada bütün yalanlar üzə çıxacaq. Amma soraşanda ki, "Niyə Avropa strukturları insan saxlanılanda susurlar?".

Buna açıq mətnlə belə cavab verirlər:

"Nikol bizim oğlumuzdur, Zelenski, Saakaşvili kimi".  Özlərini "əxlaqlı" göstərən bütün bu beynəlxalq strukturlar heç nə üzə çıxarmayacaqlar. Çünki Paşinyan onlara bölgədə çəkdikləri yol xəritəsini həyata keçirmək üçün lazımdır", - deyə Naira Zöhrabyan bildirib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO