Ermənistanın Rusiyadakı müvəqqəti işlər vəkili ölkə XİN-ə ÇAĞIRILIB - VİDEO

Ermənistanın Rusiyadakı müvəqqəti işlər vəkili ölkə XİN-ə ÇAĞIRILIB - VİDEO

Hazırda oxunan: Ermənistanın Rusiyadakı müvəqqəti işlər vəkili ölkə XİN-ə ÇAĞIRILIB - VİDEO

161666

Oktyabrın 25-də Ermənistanın Rusiyadakı müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik keçirdiyi brifinqdə məlumat verib.

Zaxarova bildirib ki, Rusiya rəhbərliyi erməni xalqının təhlükəsizliyi üçün öz həyatlarını riskə atan, yeri gəldikdə isə qurban verən sülhməramlıların  ünvanına “odioz” nəşrlərin yayımladıqları məlumatlar erməni diplomatın diqqətinə çatdırılıb. 
“Ermənistandan olan diplomatın diqqətinə həmçinin Ermənistanın kütləvi informasiya vasitələrində, o cümlədən hakimiyyətin nəzarətində olan İctimai televiziyada və teleqram kanallarında aparılan anti-Rusiya kampaniyasının qəbul edilməzliyi də çatdırılıb. Əminəm ki, Ermənistan tərəfi söhbətin nədən getdiyini anlayır”, - deyə Zaxarova vurğulayıb. 

Qeyd edək ki, oktyabrın 23-də Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.  
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO