Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüssel görüşü baş tutmayıb. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iddia edib ki, “görüşün baş tutmamasının səbəbi Azərbaycan Prezidentinin vaxt azlığıdır”. Rəsmi Bakı məsələyə münasibət bildirməyib.
Politoloq Zərdüşt Əlizadə Bizim.Media-ya açıqlamasında görüşün baş tutmamasının pərdarxası səbəblərindən söz açıb.
O bildirib ki, Avropa İttifaqı görüşün təşkilinə ciddi hazırlaşırdı və tərəflərdən razılıq aldıqlarını bildirmişdilər:
“Bu görüşdə ümumi Avropa siyasi qurumlarının və ayrı-ayrı dövlətlərin parlamentlərinin Azərbaycana qarşı qərəzli və böhtan xarakterli çıxışları, qərarları gözlənilirdi. Sözügedən görüşdə həm də bölgəyə heç bir aidiyyəti olmayan Fransanın bütün işləri idarə etməsi nəzərdə tutulmuşdu. Azərbaycan isə görüşdən milli dövlət mənafeyinə zərrə qədər xeyir gəlməyəcəyini anlayıb, imtina etdi.
İlham Əliyevdən müdrik təklif...
Bunun əvəzində Prezident İlham Əliyev təklif edib ki, heç bir vasitəçi olmadan Ermənistan və Azərbaycan rəhbərləri Tiflisdə görüşsün. Əvvəlcə XİN rəhbərləri görüşüb sənəd layihəsi təqdim edərlər. Daha sonra isə dövlət başçıları həmin sənədi imzalayaraq münaqişəyə son qoya bilərlər.
Ermənistan və Azərbaycan arasında ciddi bir problem qalmayıb. Qarabağ məsələsi artıq həll olunub. Ermənistanın Azərbaycana hansısa təcavüz etmək imkanı yoxdur. Sərhəd məsələsi üçün isə komissiya yaradılmalıdır. Adətən, delimitasiya komissiyaları uzun illər çalışırlar. Zəngəzur dəhlizi ilə bağlı məsələ isə aktuallığını itirdi. Artıq qərar qəbul edilib ki, İran ərazisindən Naxçıvana yol çəkiləcək”.
Məhərrəm Əliyev, Bizim.Media
- A-
- A
- A+
Region
12:30 / 26.10.2023
Qarabağda “mat” olan Ermənistan Makronu Brüsselə “şah” kimi dəvət etdi – Rəsmi Bakıdan MÜDRİK CAVAB
Hazırda oxunan: Qarabağda “mat” olan Ermənistan Makronu Brüsselə “şah” kimi dəvət etdi – Rəsmi Bakıdan MÜDRİK CAVAB
Hazırda oxunan: Qarabağda “mat” olan Ermənistan Makronu Brüsselə “şah” kimi dəvət etdi – Rəsmi Bakıdan MÜDRİK CAVAB
161582
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.