Ölkəmiz formalaşmayan bir dövlətdir - Erməni professor

Ölkəmiz formalaşmayan bir dövlətdir - Erməni professor

Hazırda oxunan: Ölkəmiz formalaşmayan bir dövlətdir - Erməni professor

161415

“Çox pis haldır ki, biz hələ də necə dövlət istədiyimizi bilmirik. Bu isə o deməkdir ki, formalaşmayan bir dövlətimiz var. Dövlət ideyasını iflasa uğratdıqdan sonra biz dövlətçilik haqqında fikirləri sıfırdan formalaşdırmağa başlamalıyıq, çünki indiyə qədər dövlətçilik haqqında kitablarımız olub, lakin bu kitabların müəllifləri belə öz yazdıqlarına inanmayıblar”.

Bizim.Media xəbər verir ki, İrəvan Dövlət Universitetinin tətbiqi sosiologiya kafedrasının müdiri, siyasi elmlər doktoru, professor Artur Atanesyan “168 jam” nəşri ilə söhbəti zamanı Ermənistandakı mövcud vəziyyəti belə təsvir edib.

“Mən tələbələrimə deyirəm ki, Şekspirin məşhur “Həyat səhnədir, xalq aktyordur” misrasını hərfi mənada qəbul etmək olmaz. Həyat teatr deyil, biz də aktyor deyilik, əsgərimiz real həyatda, döyüş meydanında həlak olub, o da artıq yoxdur və bu, tamaşanın sonu deyil, ömrün sonudur.
Ona görə deyirəm: aşağı enin, torpağa toxunun, real şəkildə düşünün, nəsə əkib-becərməyə çalışın. Azərbaycan Qarabağda məhz belə edir. Biz Qarabağı qaytaracağıq deyirik, amma Azərbaycan faktiki olaraq orda hava limanları tikir.

Biz ölkəmizdə belə hər şeyi idarə edə bilmirik. Bu uğursuzluqdur. Gəlin anlayaq, gələcəyimiz necə olacaq?  Xalqı güclü və qürurlu olduqları ilə ruhlandırırlar, amma biz başqa yerlərdən idarə olunuruq.

Bəli, gələcəyimiz var, amma o gələcək 100 faiz başqaları tərəfindən idarə olunacaq. Maraqlıdır ki, kimin idarə edəcəyinə biz qərar vermirik, bu başqalarından asılıdır. Obrazlı desək, pul üçün başqaları ilə yatan qadın kimi bizi kimin idarə edəcəyinə qərar verə bilmirik”, – deyə Artur Atanesyan bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO