Fransa Ermənistana “süni nəfəs” VERİR – “Ukrayna və Yaxın Şərqdən sonra növbə QAFQAZDADIR”

Fransa Ermənistana “süni nəfəs” VERİR – “Ukrayna və Yaxın Şərqdən sonra növbə QAFQAZDADIR”

Hazırda oxunan: Fransa Ermənistana “süni nəfəs” VERİR – “Ukrayna və Yaxın Şərqdən sonra növbə QAFQAZDADIR”

161329

Fransa Ermənistana hərbi müşavir göndərəcək və erməni xüsusi təyinatlılarına təlim keçəcək. Bundan əlavə, Fransa və Ermənistan arasında hərbi saziş imzalanıb. Paris İrəvana üç radar sistemi və yaxın mənzilli hava hücumundan müdafiə sistemləri verəcək.

Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının aktuallaşdığı bu dönəmdə Ermənistanın hərbi potensialını gücləndirməsi hansı məqsədə xidmət edir?

Siyasi şərhçi Əzizi Əlibəyli mövzunu Bizim.Media-ya şərh edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanı gözləyən SURİYA AQİBƏTİ – Makronun göndərdiyi silahlar Paşinyanın ÖZÜNÜ VURACAQ


O bildirib ki, Fransa-Ermənistan hərbi əməkdaşlığı yeni hərbi konfiqurasiya inşasına yönələn rasional addımdır: 

“Sözügedən ölkənin radar sistemi və yaxın mənzilli hava hücumundan müdafiə sistemlərini alması Azərbaycanın hava üstünlüyünün əleyhinədir. Ermənistanın hərbi aktivliyinin bir hissəsi mütəxəssislərin hazırlığı, digər hissəsi isə dağ döyüşləri üçün atıcılıq sahəsinə aiddir. Bu isə Ermənistanın zəif olduğu tərəflərin gücləndirilməsi mənasını daşıyır. Görünən odur ki, Ermənistan yenidən eyforiyaya qapılıb. Fransa Ermənistana “süni nəfəs” verir. 

Fransanın Ermənistana hərbi dəstək verməsi Rusiya ilə münasibətlərdə fəsadlar doğuracaq. Sülh danışıqlarının davam etdiyi ərəfədə Ermənistanın hərbi silahlanmaya getməsi Azərbaycanın növbəti dəfə əzələ və güc nümayişinə səbəb oldu.
Söhbət “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimindən və F-16-lar vasitəsilə verilən cavabdan gedir. Qafqazda üçüncü cəbhənin açılması üçün cəhd göstərilir. Ukrayna, Yaxın Şərq, indi isə növbə Qafqazdadır”.

Məhərrəm Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO