Rza Talibi: “İran üçün bataqlıqdan çıxmağın açarı “3+3” platformasıdır” – ÖZƏL 

Rza Talibi: “İran üçün bataqlıqdan çıxmağın açarı “3+3” platformasıdır” – ÖZƏL 

Hazırda oxunan: Rza Talibi: “İran üçün bataqlıqdan çıxmağın açarı “3+3” platformasıdır” – ÖZƏL 

161277

Azərbaycanın təklifi ilə reallaşan “3+3” platformasının ikinci iclası Tehranda reallaşdı. Görüş zamanı “3+3” formatında danışıqların yekunu üzrə xarici işlər nazirləri münaqişələrin sülh yolu ilə həllinin vacibliyini vurğulayaraq, növbəti görüşün Türkiyədə keçirilməsi barədə razılığa gəliblər.

Lakin təklif edilən platformada Gürcüstanın iştirak etməməsi layihənin “2+3” formatında da davam etdirilə biləcəyindən xəbər verir. 

Bu layihə İran üçün də böyük əhəmiyyət kəsb edir. Tehran hakimiyyəti region ölkələri ilə əməkdaşlığı gücləndirməklə qlobal layihələrə daxil ola, o cümlədən sanksiyaların təsirlərini azalda bilər.

İranlı politoloq Rza Talibi Bizim.Media-ya açıqlamasında bildirib ki, rəsmi Tehran altılı platformaya ciddi önəm verir:
 

MÖVZU İLƏ BAĞLI:

Tehranda “3+3” formatında görüşünün nəticələrinə dair birgə BƏYANAT qəbul olunub


“İran özünü Qafqaz regionunda görür. Buna görə də, Qafqazdakı iqtisadi layihələrdə maraqlıdır. Altılı platforma həm İran, həm Rusiya, həm də Türkiyə üçün çox önəmlidir. 

İran yanlış xarici siyasət səbəbindən bir çox layihələrdən geri qalıb. Bu, İranın öz səhvidir. Həm Ərəb ölkələri, həm İraqla münasibətlərdə Tehran özünü çıxılmaz çəmbərə salıb. Son illər İran hakimiyyəti Qafqaz regionunda da digər ölkələrdəki səhvi təkrarlayırdı. Bu səbəbdən altılı platforma İran üçün girdiyi çirkablardan çıxmaq üçün açar rolunu oynayır”, - deyə R. Talibi əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO