Rusiyanın xarici işlər naziri Sergey Lavrov "3+3" formatında xarici işlər nazirlərinin görüşündə iştirak etmək məqsədilə Tehrana gedib.
Bizim.Media bu barədə Rusiya mediasına istinadən xəbər verir.
Qeyd edək ki, bu gün Tehranda "3+3" formatında XİN başçılarının görüşü keçirələcək.
Xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasda Cənubi Qafqaz üzrə məsələlərin araşdırılması, regional əməkdaşlığın (siyasi, iqtisadi, təhlükəsizlik, tranzit, enerji və sairə) inkişaf etdirilməsi müzakirə olunacaq.
"3+3" formatında keçirilən iclasın əsas məqsədlərindən region problemlərinin regiondan kənar ölkələrin iştirakı olmadan və bölgə ölkələrinin iştirakı ilə həll olunması, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının həyata keçirilməsini xüsusi qeyd etmək olar.
Alınan son məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan da artıq Tehran şəhərindədir.
Qeyd edək ki, 5 ölkənin (Azərbaycan, Türkiyə, İran, Rusiya və Ermənistan) nazirləri bu gün İran paytaxtında bir araya gələcəklər.
Bizim.Media
- A-
- A
- A+
Region
17:26 / 23.10.2023
Lavrov da Tehrana getdi - 5 ölkənin nazirləri bir araya gələcək
Hazırda oxunan: Lavrov da Tehrana getdi - 5 ölkənin nazirləri bir araya gələcək
Hazırda oxunan: Lavrov da Tehrana getdi - 5 ölkənin nazirləri bir araya gələcək
161161
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.