Gürcüstan Tehranda nazirlərin görüşündə iştirak etməyəcək - RƏSMİ

Gürcüstan Tehranda nazirlərin görüşündə iştirak etməyəcək - RƏSMİ

Hazırda oxunan: Gürcüstan Tehranda nazirlərin görüşündə iştirak etməyəcək - RƏSMİ

161025

Gürcüstan oktyabrın 23-də Tehranda “3+3” regional formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) çərçivəsində keçiriləcək görüşdə iştirak etməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik xatırladıb ki, Gürcüstan heç vaxt bu formatda görüşlərdə iştirak etməyib.

Qeyd edək ki, ilk dəfə “3+3” formatında görüş ötən il Gürcüstanın iştirakı olmadan Moskvada baş tutub.
Sabah İranın paytaxtı Tehranda xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək görüşdə isə siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO