Moskva təsdiqlədi: Lavrov Tehran danışıqlarında iştirak edəcək

Moskva təsdiqlədi: Lavrov Tehran danışıqlarında iştirak edəcək

Hazırda oxunan: Moskva təsdiqlədi: Lavrov Tehran danışıqlarında iştirak edəcək

160985

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın paytaxtı Tehranda keçirilməsi planlaşdırılan “3+3” formatında danışıqlarda iştirak edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Bundan əvvəl IRNA agentliyi Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin oktyabrın 23-də Tehranda “3+3” formatında görüşcəyi barədə məlumat yayıb.

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan isə bildirib ki, İrəvan “3+3” formatında danışıqlarda iştirak etmək üçün İran tərəfdən dəvət alıb:

"Görüşün Tehranda keçirilməsi planlaşdırılır, təfərrüatlar iranlı həmkarlarla hazırlanır, danışıqlarda iştirakla bağlı hələlik yekun qərar yoxdur".

Kostanyan dəqiqləşdirib ki, dəvət xarici işlər naziri Ararat Mirzoyana ünvanlanıb.

Qeyd edək ki, “3+3” formatında ilk iclas ötən il Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO