İran üçüncü tərəf oyunçuların - Aİ və ABŞ-ın bura daxil olmasının qarşısını almaq üçün Cənubi Qafqazın problemlərinin həllini mümkün qədər regiondaxili platformalarla məhdudlaşdırmağa çalışır.
Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik” radiosunun efirində yayımlanan verilişin müəllifi Arman Abovyan danışıb.
“Tehran ideyasını həyata keçirmək üçün 3+3 formatını canlandırmaq fikrindədir. Xarici siyasətdə baş verən dəyişikliklərdə Paşinyan hakimiyyətinin səriştəsizliyini nəzərə alsaq, bunun Ermənistana hansı dividentlər gətirəcəyi indidən aydındır”, deyə o, qeyd edib.
Bizim.Media