Bazar günü İrəvan şəhərində müxalifətin mitinqindən sonra polis “Vətəni xilası” hərəkatının koordinatoru İşxan Saqalyanın yaxınlarını şöbəyə aparıb.
Bizim.Media xəbər verir ki, Saqatelyan özü bu barədə Facebook səhifəsində elan edib.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan istefa verəcəyi tarixi açıqladı - SON DƏQİQƏ
Qeyd edək ki, müxalifətçilər Ermənistan parlamentinin binası yaxınlığında Baş nazir Nikol Paşinyanın istefasını tələb edən növbəti mitinq keçirib.
Mitinqdən sonra təşkilatçılar və iştirakçılar paytaxtın mərkəzi küçələrində yürüşə başlayıblar.
Saqatelyanın qeyd etdiyi kimi, təhlükəsizlik qüvvələri onun xalasını, qardaşını və əmisi oğlunu zorla tutaraq polis şöbəsinə aparıblar.
Müxalifətçi bu haqda bir video yayımlayıb. Görüntülərdə polisin əvvəl bir kişini, sonra isə digərini asfalta necə yıxdığı görsənir. Daha sonra onları polis maşınına mindiriblər.
"Nikol, bizi zorakılıqla boğa biləcəyini düşünmə! Heç bir nəticə verməz! Sən xalqımızın düşmənisən". Müxalifətçi belə deyib.
Xatırladaq ki, 18 martda Baş nazir Nikol Paşinyan Ermənistanda iyunun 20-də erkən parlament seçkilərinin keçiriləcəyini elan etmişdi. O, bunu “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Çarukyanla görüşdən sonra söyləyib. Bundan əlavə, Paşinyan "Maariflənmiş Ermənistan"ın lideri Edmond Marukyan ilə məsləhətləşmələr aparıb.
Bu açıqlamadan sonra mövcud iqtidarın nümayəndələri seçkilərə proporsional seçki sisteminə əsaslanan yeni Seçki Məcəlləsi ilə getmək istədiklərini açıqlayıblar.
İndi layihə ekspert rəyi üçün Avropa Şurası Parlament Assambleyasındakı Venesiya Komissiyasına göndərilib. Komissiya bunu təcili müzakirə edəcək.
Bizim.Media