“Ermənistanın Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində yerləşdirdiyi minaların qurbanı mülki azərbaycanlılarla yanaşı, vəhşi heyvanlar da olur”.
Bizim.Media xəbər verir ki. bu barədə bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” hesabında qeyd edib.
H. Hacıyev qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ayaqları kəsilmiş bəbir və ayılara rast gəlinir:
“Minalar döyüşçülər, mülki şəxslər və ya vəhşi heyvanlar arasında fərq qoymur”.
Bizim.Media