Ermənistanın Baş naziri Nikol Paşinyanı istefaya çağıran müxalif “Vətəni xilas etmə uğrunda” Hərəkatının mitinqi bu gün İrəvanın mərkəzində, parlament binasının qarşısında başlayıb.
Bizim.Media "TASS"-a istinadən xəbər verir ki, mitinqin təşkilatçılarından biri Qeqam Manukyan bildirib ki, indiyə kimi mitinqləri təşkil etməməklərinə baxmayaraq, xain Nikol Paşinyanla mübarizədə bir dəqiqə də dayanmayıblar.
MÖVZU İLƏ BAĞLI:
İrəvanda “inqilab çadırları” - “palatka toyu” baş tutacaqmı? - FOTO
Müşahidəçilərin qeyd etdiyi kimi, bütün erməni liderləri bu gün ənənəvi olaraq mühüm xristian bayramında kilsəyə gediblər. Lakin Paşinyan 28 martdakı bayram mərasimində görünməyib.
Bizim.Media