“Nikol Paşinyan özünün siyasi hiylələri və tryukları ilə tanınır. Bu gün o, bir söz, sabah başqa söz deyir”.
Bizim.Media xəbər verir ki, bunu politoloq Arqişti Kiviryan erməni mətbuatına açıqlamasında deyib.
“Aylarla anti-Rusiya ritorikası yaradır. Sonra isə efirə çıxaraq baza (Gümrüdəki baza nəzərdə tutulur) ilə heç bir problemin olmadığını bildirir. Sonra Avropaya gedir, yenə də öz roluna qayıdır. Sabah yenidən efirə çıxıb bazanın yaxşı olmasından danışsa, təəccüblənməyək... Bilirsiniz, bu adamın aydın siyasi xətti yoxdur.
Bu insan xalis sehrbazlıqla məşğuldur. Bunun nəticəsində biz itkilər veririk. Əminəm ki, bütün tərəflər onun necə bir insan olduğunu anlayıblar. Ona görə də heç kim onu ciddi qəbul etmir.
Diqqətlə baxsaq, görərik ki, bu dünyada kimsə, istər qonşu, istərsə də fövqəldövlət olsun, onu ciddi qəbul etmir.
Avropa Parlamentindəki çıxışı da populist çıxış idi, onsuz da avropalılar onun dediklərinə əhəmiyyət vermir”, - deyə politoloq bildirib.
Bizim.Media
- A-
- A
- A+
Region
14:26 / 19.10.2023
"Paşinyanı heç kim ciddi qəbul etmir" - Erməni politoloq
Hazırda oxunan: "Paşinyanı heç kim ciddi qəbul etmir" - Erməni politoloq
Hazırda oxunan: "Paşinyanı heç kim ciddi qəbul etmir" - Erməni politoloq
160582
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.