Tanınmış müğənni Akif İslamzadə sensasion sayılacaq fikirlər səsləndirib.
O, “yenisabah.az” açıqlamasında bildirib ki, bu gün biz "erməni-erməni" deyirik, amma bunlar hay tayfaları olub:
“Çünki Çar Rusiyası ermənilərin torpaqlarını, kilsələrini haylara verəndən sonra onlar erməni millətinin adını özününküləşdiriblər. Amma bunlar hay millətidir, DNT deyilən bir şey var, gedib yoxlaya bilərlər.
MÖVZU İLƏ BAĞLI:
Sülhə aparan yol “3+3” formatından KEÇİR... – ŞƏRH
Ermənilərin özü (ərmənlər) qədim xristian türkləri olub. Ermənilər katolik kilsəsinə tabe idilər, katoliklərlə pravoslavlar da heç vaxt yola getməyiblər. Ruslar Qafqazı istila edəndə ermənilərin kilsələrini, torpaqlarını əllərindən alıb verdilər haylara. Hətta o dövrdə ermənilərdən İslamı qəbul edənlər də oldu. Mən 250 il bundan öncədən danışıram. Onsuz da haylar öz dövlətlərinə Hayastan deyirlər. Axı Hayastan hara, Ermənistan hara?! “
Akif İslamzadənin fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Bir çoxları ifaçının fikirlərini təqdir etsə də bəziləri səsləndirilən fikirlərlə razılaşmayıblar.
Hay, yoxsa erməni?
Mövzu ilə bağlı tarix üzrə fəlsəfə doktoru Zaur Əliyevin fikirlərini öyrəndik. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Akif İslamzadənin fikirlərində müəyyən həqiqətlər var:
“Amma tamamilə reallığa söykənmir. Ərməni xalq adı deyil. Bu bir statusdur. Necə ki, qədimdə hərbdə alp status olub. Ərməni də hərbi termindir. Ərməni hərbçi, döyüşkən mənası daşıyır. Tarixdə ərəblər Azərbaycanı ərmənilər diyarı adlandırıblar.
Bu o demək deyil ki, burada ermənilər yaşayıb. Bu o deməkdir ki, burada yaşayanlar döyüşkən insanlardır.
32 türk tayfası arasında hərbçilərə verilmiş ən adlardan biri də məhz ərmənidir. Sadəcə ərəb mənbələrində bu ifadə çox işləndiyi üçün bəzi taixçilər Azərbaycan ərazilərini ərməni adı ilə adlandırmağa başlayıblar ”.
Zaur Əliyev onu da əlavə edib ki, indiki ermənilərin əsl adı haydır:
“Onlar vaxtilə Hindistan ərazisində yaşamış qaraçı tayfalarının bir qoludur. Hazırda Ermənistanda çoxlu sayda qaraçı var ki, onlar vətəndaşlıq alıblar. Qaraçı tayfalarından biri də hoşlar sayılır. Hoşlar Əmir Teymurun vaxtında bu ərazilərə gətiriliblər.
Bəzi erməni alimləri özləri də etiraf edir ki, Hindistandakı hoşlar indiki ermənilərin ulu babalarıdır. Hoşların fərdi xüsusiyyətləri ilə indiki ermənilərin xüsusiyyətləri eynilik təşkil edir. Sonradan ermənilər bizim xalqın mədəniyyətini, mətbəxini oğurlayaraq öz adlarına çıxıblar.
Xatırladım ki, 1918-ci ildə Ermənistan dövləti yaradılanda ermənilər çox istəyiblər ki, dövlətin adı Hayastan olsun. Lakin bəzi qlobal güclər buna imkan verməyib. Nəzərə alaq ki, XVI-XVII əsrlərdə Qafqaza gələn haylar sahibsiz qalan alban kilsələrinə sahib çıxdılar.
Məsələn, “Üç müəzzin” adlı bir alban kilsəsi vardı. Haylar onu özününküləşdirib “Eçmiədzin” ediblər. Bu mənada Akif İslamzadənin fikirlərində müəyyən həqiqət olsa da, məsələ tam onun dediyi kimi deyil”.
Surxay Atakişiyev, Bizim.Media