"Freedom House" Ermənistana səsləndi: “Media və söz azadlığını təmin edin”

Hazırda oxunan: "Freedom House" Ermənistana səsləndi: “Media və söz azadlığını təmin edin”

16043

Ermənistan hakimiyyəti ölkədə media və söz azadlığını təmin etməyə borcludur. 

Bizim.Media "Armenpress" nəşrinə istinadən xəbər verir ki, "Freedom House" beynəlxalq insan haqları təşkilatı bunu Ermənistan parlamentinin 24 mart tarixində qəbul edilən "Mülki Məcəlləyə dəyişikliklər edilməsi haqqında" qanun layihəsinə cavab olaraq bildirib.

“Ermənistan hökumətinin söz azadlığını məhdudlaşdıran və ölkədəki medianın maddi həyat qabiliyyətini təhdid edən cərimələri dəstəklədiyinə görə çox üzüldük.

 

MÖVZU İLƏ BAĞLI:

“Türkiyə artıq Ermənistanın düşməni deyil” - Qriqoryanın cavabı İrəvanda hamını təəccübləndirdi 


Vətəndaş cəmiyyəti haqlı olaraq qanundan sui-istifadə oluna biləcəyini, siyasətçiləri, digər nüfuzlu ictimai xadimləri tənqid etdiyi üçün həddindən artıq cərimələr tətbiq olunduğunu və müstəqil mediaya siyasi təzyiq göstərildiyini əsas gətirərək tənqid edir.

 

Ermənistan səlahiyyətlilərini vətəndaş cəmiyyəti və medianın narahatlıqlarını ciddiyə almağa və qanunu ləğv etməyə çağırırıq”. “Freedom House”un Avropa və Avrasiya proqramlarının direktoru Mark Berendt belə deyib.


“Mənim addımım” blokundan olan deputat,  parlamentin vitse-spikeri Alen Simonyan tərəfindən təqdim olunan “Ermənistan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən təhqirə görə təzminat məbləği 1 milyondan 3 milyon drama, böhtana görə 2 milyondan 6 milyon drama qaldırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO