“Türkiyə artıq Ermənistanın düşməni deyil” - Qriqoryanın cavabı İrəvanda hamını təəccübləndirdi

“Türkiyə artıq Ermənistanın düşməni deyil” - Qriqoryanın cavabı İrəvanda hamını təəccübləndirdi

Hazırda oxunan: “Türkiyə artıq Ermənistanın düşməni deyil” - Qriqoryanın cavabı İrəvanda hamını təəccübləndirdi

16040

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya verdiyi müsahibədə İrəvanın Türkiyəyə yanaşmalarının tənzimlənməsinin vacibliyini bildirib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” nəşri yayıb.

Televiziya aparıcısı Petros Kazaryan Təhlükəsizlik Şurasının katibinə "Türkiyə artıq Ermənistan üçün düşmən dövlət deyil?" sualını verib.

 

MÖVZU İLƏ BAĞLI:

Qarabağda yaşayan rusların problemi yoxdur, yoxsa Qarabağda rus yoxdur? - Rus qalmayan İrəvandan Kremlə “qucaq açdı şou”su…


"Əgər bölgəni blokadadan çıxarmağa (ünsiyyət qurmağa) hazırlaşırıqsa, yanaşmalarımızda müəyyən düzəlişlər olmalıdır və biz bu istiqamətdə işləyirik" deyə Qriqoryan cavab verib.

"Türkiyədən heç bir təhdid gəlmir, birmənalı olaraq demək səhv olardı, ancaq bölgədəki ümumi proseslər başqa imkanlar da açır”. Təhlükəsizlik Şurasının katibi əlavə edib.

Onun fikrincə, müharibədən sonra bölgədə böyük dəyişikliklər baş verib və nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması prosesi intensiv bir mərhələyə qədəm qoyub.

"İnanırıq ki, blokadadan çıxarılma yalnız Azərbaycanla bağlı deyil. Buna daha geniş regional yanaşma lazımdır. Bunun üçün imkanların olduğunu düşünürük", deyə Qriqoryan qeyd edib.

 

Eyni zamanda, o, hazırda Türkiyə ilə birbaşa dialoqun olmadığı ilə razılaşıb, ancaq iki ölkə nümayəndələrinin açıq bəyanatları bölgədə kommunikasiyaların blokadadan çıxarılması ehtimalının olduğunu göstərir.


Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər yoxdur, iki ölkə arasındakı sərhəd Ankaranın təşəbbüsü ilə 1993-cü ildən bəri bağlanıb.

Ölkələr arasındakı çətin münasibətlər, xüsusən Ankaranın Azərbaycanın Qarabağ problemi ilə bağlı mövqeyini dəstəkləməsi və 1915-ci il qondarma erməni soyqırımının beynəlxalq səviyyədə tanınması prosesinə Türkiyənin kəskin reaksiyası ilə əlaqəli bir sıra şərtlərdən qaynaqlanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO