Qarabağdakı qondarma rejimin məhvinə Paşinyan start VERDİ - ERMƏNİ KİV

Qarabağdakı qondarma rejimin məhvinə Paşinyan start VERDİ - ERMƏNİ KİV

Hazırda oxunan: Qarabağdakı qondarma rejimin məhvinə Paşinyan start VERDİ - ERMƏNİ KİV

160109

"Siz (erməni oxucuları nəzərdə tutulur) dünəndən Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndinə səfərindən və "Arsax" (Qarabağdakı sabiq qondarma rejim) bayrağından danışırsınız. Bir az gec narahat olmağa başlamısnız. Onsuz da 2018-ci ildən sonra bu bayraq yox idi". 

Bizim.Media xəbər verir ki, bu fikirlər "hraparak.am" saytında dərc olunan məqalədə yer alıb. 

Müəllif daha sonra bunları qeyd edib: 

"2019-cu ilin oktyabrında Nikol Paşinyan Bako Saakyanı (sabiq separatçı, hazırda Bakıda təcridxanada çay içən) İrəvanda, hökumətin binasında qəbul edəndə yalnız Ermənistan bayrağı qaldırılmışdı, qondarma qurumun bayrağı orada yox idi. Bu isə heç kəsin vecinə deyildi. O vaxt mövzu mətbuatda ötəri qeyd olundu, bu işin baiskarı tapılmadı və hər şey unuduldu. Hökumət bunu “unutqanlıq" kimi elan etdi və mövzunu qaldırdığına görə mətbuatı daşqalaq etdi.  

Nikol Paşinyan 2020-ci il mayın 9-da rejimin yeni seçilmiş "prezidenti" Arayik Arutyunyanla rəsmi görüşdə də "Arsax"ın bayrağının quraşdırılması əmrini verməmişdi.  

Siz inanırsınız ki, Paşinyan doğrudan da bunu unudub. Separatçıların bayrağı 2018-ci ildən sonra Ermənistan tərəfindən dövlət simvolu kimi qəbul edilməyib. Və siz hələ də düşünürsünüz ki, erməni xalqının başına gələn hər şey təsadüfi olub?". 
Yazının ruhundan aydın olur ki, Qarabağdakı qondarma rejimin süqutuna Paşinyanın hakimiyyətə gəlişindən sonra start verilib. Və bu proses 5 ildən sonra 2023-cü il sentyabrın 20-də sona çatıb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO