“Ermənistan və Azərbaycan arasındakı sərhəd zastavaları 1975-1976-cı illərdəki Sovet hərbi xəritələri əsasında qurulur”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan baş nazirinin birinci müavini Tiqran Avinyan “Azadlıq” radiosunun erməni xidmətinə verdiyi müsahibəsində deyib.
MÖVZU İLƏ BAĞLI:
"ATƏT-ə nifrət edirəm. Serj Sarqsyan canidir" - Erməni fəal "revanşist sistemin kralları"nı AÇIQLADI
Avinyan bildirib ki, bu, sərhədlərin son delimitasiyası və demarkasiyasına qədər müvəqqəti yerləşdirmədir.
“Bunun üçün isə ikitərəfli münasibətlərin olması lazımdır. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesi uzunmüddətli bir prosesdir. Gürcüstanla hələ bu işi tamamlamamışıq. Ancaq gec-tez bütün qonşularımızla bu prosesi keçməliyik ”,- deyə o vurğulayıb.
Bizim.Media