Ermənilər 44 günlük müharibədən sonra Qarabağda böyük bir ərazini yenidən MİNALAYIB - RƏSMİ 

Ermənilər 44 günlük müharibədən sonra Qarabağda böyük bir ərazini yenidən MİNALAYIB - RƏSMİ 

Hazırda oxunan: Ermənilər 44 günlük müharibədən sonra Qarabağda böyük bir ərazini yenidən MİNALAYIB - RƏSMİ 

159803

“Ən ağrılı problem kimi ərazilərin minalardan təmizlənməsi istiqamətində ardıcıl işlər aparılır. Artıq 100 min hektara yaxın sahə mina və partlamamış hərbi sursatlardan təmizlənib”. 

Bizim.Media xəbər verir ki, bunu Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, 44 günlük müharibədən sonrakı dövrdə Qarabağda qalan Ermənistanın hərbi birləşmələri perimetr üzrə böyük bir ərazini yenidən minalayıb və bu da həllini gözləyən məsələlərdən biridir: 

“Əlbəttə, Azərbaycan dövlətinin potensialı mümkün qədər ən qısa zamanda bütün ərazilərimizi bərpa etməyə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu torpaqları cənnətə çevirməyə, oraya yenidən həyat qaytarmağa imkan verir”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO