Putin Ermənistana səfəri ilə bağlı şərtini AÇIQLADI - VİDEO  

Putin Ermənistana səfəri ilə bağlı şərtini AÇIQLADI - VİDEO  

Hazırda oxunan: Putin Ermənistana səfəri ilə bağlı şərtini AÇIQLADI - VİDEO  

159718

Rusiya Prezidenti Vladimir Putin Ermənistana səfər etmək barədə açıqlama verib. 

Bizim.Media xəbər verir ki, Putin bu barədə Bişkekdə MDB liderlərinin sammitinin yekunları ilə bağlı keçirdiyi brifinqdə danışıb.

O qeyd edib ki, Ermənistanda normal vəziyyət yaranan kimi ölkəyə səfər etməyə hazırdır. Rusiya lideri həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanı Rusiyada qəbul etməyə hazır olduğunu bildirib. 

"Biz onunla (Paşinyanı nəzərdə tutur - red.) daim təmasdayıq. Mənim Ermənistana, onun Rusiyaya səfər dəvətləri var. Qrafikimiz uyğun olan kimi bunlar həyata keçiriləcək", - deyə Putin vurğulayıb.
Qeyd edək ki, oktyabrın əvvəlində Ermənistan parlamenti 2023-cü il martın 17-də Rusiya prezidenti Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib.

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO