“Ermənistan hökuməti Qarabağdakı evlərin və infrastrukturun inşası üçün 110 milyard dram (200 milyon dollardan çox) ayırmağa qərar verib”.
Bizim.Media “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan Ermənistan və qondarma rejimin Təhlükəsizlik Şuralarının birgə iclasında deyib.
MÖVZU İLƏ BAĞLI:
"ATƏT-ə nifrət edirəm. Serj Sarqsyan canidir" - Erməni fəal "revanşist sistemin kralları"nı AÇIQLADI
“Vəsaitin təqribən yarısı Hayıstan Ümumerməni Fondu tərəfindən ayrılacaq, qalan hissəsi hökumət tərəfindən köçürüləcəkdir. Fondda indi 58 milyard dram var, digər 52 milyardı hökumət ayıracaq ",- deyə baş nazir vurğulayıb.
Paşinyan 18 Noyabr 2020-ci il tarixində elan etdiyi "yol xəritəsi" nin həyata keçirilməsinə yönəlmiş daha bir neçə qərarın verildiyini də bildirib:
“Bu xüsusilə “Artsax”da normal həyatın bərpası və yüksək sosial-iqtisadi inkişafı təmin etmək üçündür”,- deyə o vurğulayıb.
Separatçıların rəhbəri Arayik Arutyunyan isə bu qərarın vacib olduğunu söyləyib.
"Təxminən 4 min evin inşası üçün layihələr artıq hazırdır. Önümüzdəki aylarda daha 2 min evin inşası üçün proqramlar hazır olacaq. Eyni zamanda torpaq ayırmağı, sakinləri işlə təmin etməyi və müasir əməkdaşlıq modellərini müzakirə etməyi planlaşdırırıq",- deyə Arutyunyan vurğulayıb.
Bizim.Media