Bu günlərdə belə bir məlumat yayıldı ki, Qarabağda doğulmuş şəxsə Ermənistanda verilmiş pasportda doğum yeri olaraq Azərbaycan qeyd olunub.
Bizim.Media xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyindən Azadlıq radiosunun erməni xidmətinə verilən məlumatda qeyd edilir ki, bu, yenilik deyil.
MÖVZU İLƏ BAĞLI:
Qarabağda yaşayan rusların problemi yoxdur, yoxsa Qarabağda rus yoxdur? - Rus qalmayan İrəvandan Kremlə “qucaq açdı şou”su…
Müstəqillik dövründən bu günədək Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan hakimiyyəti zamanı Qarabağda verilən pasportlarda doğum yeri olaraq Azərbaycan göstərilir.
“SSRİ dövründə doğulan vətəndaşların pasportuna AZ. SSR qeyd edilib. 1994-cü ildən bəri- Ermənistan Respublikasının yeni pasportları veriləndə Azərbaycanda doğulan, lakin Ermənistanda yaşayan vətəndaşların pasportlarına onların öz arzusuyla Ermənistan qeyd edilə bilər. Amma bunun qanuni əsası yoxdur.
Pasportda başqa, doğum şəhadətnaməsində başqa dövlət yazıldığından vətəndan bir sıra problemlərlə üzləşir.
Ona görə də bir çox vətəndaş pasportunda yenidən düzəliş etdirərək, Azərbaycan yazılması üçün müraciət edir”- deyə Ermənistan DİN açıqlama verib.
Bizim.Media