Paşinyanın tərəfdaşı İrəvan meri SEÇİLDİ 

Paşinyanın tərəfdaşı İrəvan meri SEÇİLDİ 

Hazırda oxunan: Paşinyanın tərəfdaşı İrəvan meri SEÇİLDİ 

159169

Ermənistanın hakim "Mülkü Müqavilə" Partiyasının nümayəndəsi Tiqran Avinyan İrəvanın yeni meri seçilib. 

Bizim.Media "Sputnik Armenia"ya istinadən xəbər verir ki, o, Ağsaqqallar Şurası (Bələdiyyə Məclisi - red.) tərəfindən səsvermə nəticəsində bu posta gəlib. 

Ağsaqqallar Şurasının 32 üzvü onun namizədliyinin lehinə, 5-i isə əleyhinə səs verib. 

Məlumata görə, Andranik Tevanyanın “Ana Ermənistan” bloku və eks-mer Hayk Marutyanın “Milli Tərəqqi” Partiyası şurasının ilk iclasında iştirak etməyiblər. Məqsəd təkrar seçkilər keçirilməsinə nail olmaq olub. Vardan Qukasyanın “İctimai səs” Partiyası isə müxalifətin addımını mənasız edib. Belə ki, partiya üzvləri Avinyanın əleyhinə səs versələr də, onların iştirakı iclasda yetərsayı təmin edib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO