Ter Petrosyan, Serj Sarqsyan, Köçəryan, Qukasyan və Bako Saakyan BİR ARADA – İrəvan görüşünün SƏBƏBİ

Ter Petrosyan, Serj Sarqsyan, Köçəryan, Qukasyan və Bako Saakyan BİR ARADA – İrəvan görüşünün SƏBƏBİ

Hazırda oxunan: Ter Petrosyan, Serj Sarqsyan, Köçəryan, Qukasyan və Bako Saakyan BİR ARADA – İrəvan görüşünün SƏBƏBİ

15915

Ermənistanın keçmiş prezidentləri və Dağlıq Qarabağdakı qondarma rejimin “lider”ləri İrəvanda görüşüblər. 

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, məlumatı özünün “Facebook” səhifəsində Levon Ter Petrosyanın mətbuat katibi Arman Musinyan açıqlayıb. 

İnformasiyada qeyd olunub ki, Ter Petrosyan, Robert Köçəryan, Serj Sarqsyan, Arkadi Qukasyan və Bako Saakyan Dağlıq Qarabağdakı situasiyanı müzakirə ediblər.

Bundan başqa onlar gələcək proseslər ətrafında da fikir mübadiləsi aparıblar. 

Xatırladaq ki, Ermənistanın sabiq prezidentləri və qondarma rejimin eks “başçı”ları bu formatda 2020-ci ilin oktyabrında da (44 günlük savaş ərzində) görüşüblər. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO