"İrəvanla Bakı arasında münaqişəyə son qoyulmayıb" - Mixail Qaluzin

Hazırda oxunan: "İrəvanla Bakı arasında münaqişəyə son qoyulmayıb" - Mixail Qaluzin

158979

“İrəvanla Bakı arasında münaqişəyə son qoyulmayıb. Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər kompleksi aktual olaraq qalır".

Bizim.Media xəbər verir ki, bunu bazar ertəsi Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin rbc.ru nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, söhbət Ermənistan və Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin blokadadan çıxarılmasından, sərhədlərin delimitasiyası ilə onun sonrakı demarkasiyasından, sülh müqaviləsinin imzalanmasından gedir:

"Daha sonra isə hər iki ölkənin ictimai xadimləri, parlamentariləri, ekspertləri arasında əlaqə qurulmalıdır. Bütün bunlar gələcək sülh sazişində təsbit olunacaq qarşılıqlı məqbul normallaşma şərtlərinə gətirib çıxarmalıdır”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO