Erməni bloger daşnaklara səsləndi:

Erməni bloger daşnaklara səsləndi: "Siz kişi deyilsiniz"

Hazırda oxunan: Erməni bloger daşnaklara səsləndi: "Siz kişi deyilsiniz"

158962

“Səhərdən axşama kimi daşnaklar təkrarlayırlar ki, Ermənistan hər şeyini itirib, uduzub, özünü rüsvay edib. Cənablar, bir saniyə! Uduzan, itirən və alçaldılan şəxsən siz idiniz və “nailiyyətlərinizi” bizim boynumuza qoymağa ehtiyac yoxdur. Yazıq məxluqlar! Siz hətta kişi deyilsiniz. Kişi kimi məğlubiyyəti etiraf edib ləyaqətlə geri çəkilə bilərsiniz. Mən təəccüblənirəm ki, erməni xalqı sizin kimi qeyri varlıqları necə ciddi qəbul edib”.

Bizim.Media xəbər verir ki, bunu erməni bloger Natali Aleksanyan öz Facebook səhifəsində yazıb.

“Yaxşı, gəlin təhlil edək və görək Ermənistan həqiqətən nəyi itirib. Qarabağı? Ermənistanın Qarabağı var idi ki, onu da itirsin. Daşnakların cəfəngiyyatını bir kənara qoysaq, görərik ki, hətta onların rəhbərləri də Qarabağın Azərbaycana aid olduğunu həmişə etiraf ediblər. Xalqın qulağına əriştə asdıqlarına görə cavab verəcəklər.
Yeri gəlmişkən, Qarabağ nəhayət Azərbaycana qayıtdı. Mənə xatırladın ki, orada (Qarabağdakı qondarma rejimi nəzərdə tutur) "hakimiyyəti" kim dəyişib və beş dəqiqəyə təhvil verib? Daşnaklar, bu, siz deyildiniz? Bəs Paşinyanı və ya digərlərini nədə ittiham edirsiniz? Təslim oldunuz, özünü alçaltdınız, indi hər şeyi bizim üzərimizə qoymaq istəyirsiniz? Başınız yerindədir?”, – deyə bloger qeyd edib.

O vurğulayıb ki, Ermənistan hazırda qonşuları ilə sülh və təhlükəsizlik şəraitində yaşamalıdır: 

"Təbii ki, bu, daşnakların şəxsi planları ilə ziddiyyət təşkil edir və ona görə də onlar sülhə can atan hər bir insana, istər baş nazir, istər bloger, istərsə də adi vətəndaş olsun, hücum edirlər. Məğlub olanlar hələ də öz gündəmlərini diktə etməyə çalışırlar. Buna son qoymaq lazımdır”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO