Qarabağda yaşayan rusların problemi yoxdur, yoxsa Qarabağda rus yoxdur? - Rus qalmayan İrəvandan Kremlə “qucaq açdı şou”su…

Qarabağda yaşayan rusların problemi yoxdur, yoxsa Qarabağda rus yoxdur? - Rus qalmayan İrəvandan Kremlə “qucaq açdı şou”su…

Hazırda oxunan: Qarabağda yaşayan rusların problemi yoxdur, yoxsa Qarabağda rus yoxdur? - Rus qalmayan İrəvandan Kremlə “qucaq açdı şou”su…

15880

Ermənilər ruslarla siyasi mehribançılıq etməyə çalışırlar. Qondarma rejimin üzvləri yalançı qardaşlıq uydurması ilə ruslara qarşı olmayan doğmalıqlarını sərgiləyirlər.  

Bizim.Media xəbər verir ki, ermənilər, əsasən də Qarabağdakı qondarma rejimin üzvləri Rusiya ilə yaxın, dost olduqlarını sərgiləmək niyyətindədirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Xankəndində qondarma rejim və rus sülhməramlılarına ETİRAZ


Onların Kremllə “ət-dırnaq” kimi olmaqlarını nümayiş etdirmək cəhdlərində bir məqsəd var, o da həyatda qalmaqdır. 

Heç kəsə sirr deyil ki, Ermənistan-Rusiya qardaşlıq səhnəcikləri ağ yalandan başqa bir şey deyil. Putin sonuncu mətbuat konfransında azərbaycanlılarla yanaşı erməniləri də qardaş xalq adlandırsa da, Moskva yaxşı bilir ki, kürəyə sancılan xəncərlərin sahibi İrəvandır.

Tarixdə də belə hallar yaşanıb, elə Rusiya çarları Aleksandr və Nikolaya sui-qəsd cəhdlərinin də müəllifi ermənilərdir. Bundan başqa II Dünya savaşında SSRİ çörəyi ilə böyüyüb Sovetlərə qarşı çıxan faşist Njde də ermənidir. Moskvadakı metro terrorlarını da daşnak ermənilər reallaşdırıb. 

Ermənilərin rusları çox istəmədikləri Kremlin dəstəklədiyi Serj Sarqsyan, Köçəryan kimi rəhbərlərini devirib Soros əlaltısı olan Paşinyanı hakimiyyətə gətirməklərindən də aydın sezilir.

Sadəcə elə Nikolun timsalında bu millətin “quyruğu qapı arasında qalanda” iblisin də dizinə düşürlər. Yoxsa Moskva siyasi kursunu rədd edən Paşinyan 44 günlük savaş dönəmində fasiləsiz zəngləri, çarəsiz səfərləri ilə Rusiya liderinə sülh və yardım üçün yalvarmazdı. Özlərini ən “qədim” millət kimi qələmə verən ermənilər həm də elə bilirlər ki, onlar ən ağıllıdırlar.

Düşünürlər ki, ruslara yoğurduqları “qardaşlıq xəmir”ini Kremlə həqiqət kimi yedirə bilərlər.

Guya Moskva İrəvanda dəfələrlə baş tutan anti-rus mitinqlərini unudub? Ermənilər xristianlığı da ruslarla “doğmalıq üzlüyü” (maskası) kimi qələmə verməyə çalışırlar. Əksər rusiyalı ictimai-siyasi xadimlər, ilahiyyatçılar bu iki milləti dini cəhətdən yalnız xaçın bağladığını deyir, amma həmin rəmzin formaları da fərqlidir.

Maksim Şevçenko demişkən, dini cəhətdən regionda ruslara ən yaxın olanlar gürcülərdir. Çünki qriqoryan ermənilərlə rus kilsəsinin yaxından-uzaqdan tanışlığı yoxdur. Xatırladaq ki, ermənilər vaxtı ilə Qarabağdakı pravoslav monastrını da məhv ediblər. 

Hazırda ermənilər şüar etməyə başlayıb ki, “Qarabağda yaşayan rusların öz mədəniyyət, dil və adət-ənənələrini qorumaqda heç bir problemi yoxdur”. Əslində ermənilər bu saxtakarlıq metodu ilə öz yalanlarını ifşa etmiş oldular....

Bəli, Qarabağda yaşayan rusların heç bir problemi yoxdur, çünki Qarabağda ruslar yaşamır. 

Qarabağda ruslara “qucaq açdı şou”su sərgiləmək istəyən ermənilər sanki monoetnik olduqlarını yaddan çıxardıblar. Onlar İrəvan da daxil Ermənistan ərazisində rusların yaşamadığını yaxşı bilirlər. Əlbəttə ki, Ermənistandakı Rusiya hərbi bazalarının şəxsi heyəti və Qarabağdakı rus sülhməramlılar istisnadır. 

Hər halda həmin sülhməramlılar da İrəvandakı “Ay rus ordusu, Ermənistandan rədd ol” plakatlarını unutmayıblar. 

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO