“Ruben Vardanyan Rusiya vətəndaşlığından özü imtina edib”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında Qarabağın keçmiş “lider”lərinin həbsi ilə bağlı suala cavabında deyib.
O bildirib ki, Azərbaycan rəhbərliyinin bu məsələdə humanitar mövqedən çıxış edəcəyinə ümid edir.
Xatırladaq ki, Ruben Vardanyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq, cinayət məsuliyyətinə cəlb olunub. Onun barəsində məhkəmə qərarı ilə haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Bizim.Media