"Bakıda çatışmayan yeganə şey Sarkisyan və Köçəryandır" - Şevçenko 

Hazırda oxunan: "Bakıda çatışmayan yeganə şey Sarkisyan və Köçəryandır" - Şevçenko 

158485

"Azərbaycan köhnə düşmənlərini demək olar ki, ələ keçirib. Çatışmayan yeganə şey Serj Sarkisyan və Robert Köçəryandır".

Bizim.Media xəbər verir ki, bunu rusiyalı politoloq Maksim Şevçenko özünün teleqram kanalında qeyd edib.

“İkinci Dünya Müharibəsindən bəri düşmənin bu qədər tanınmış liderlərinin eyni vaxtda həbs edilməsi və müttəhimlər kürsüsündə olması baş verməmişdi.

Təbii ki, Bakı böyük məhkəmə prosesindən imtina etməyəcək. Çünki bir milyona yaxın azərbaycanlı 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində ölüm təhlükəsi ilə üz-üzə qalaraq yurd-yuvalarından qovulmuşdu və onlara qarşı etnik təmizləmə həyata keçirilmişdi. Bütün bu həqiqətlər üzə çıxmalıdır.
Təəssüf ki, biz Qorbaçov və Yeltsini ifadə vermək üçün gətirə bilmərik”, – deyə o bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO