"Kişilərimizin əksəriyyəti satqındır" - Erməni politoloq

Hazırda oxunan: "Kişilərimizin əksəriyyəti satqındır" - Erməni politoloq

158461

Ermənistan Xristian Demokrat Partiyasının sədr müavini, politoloq Ayk Sukiasyan keçmiş ombudsman Kristina Qriqoryanın Ermənistan Xarici Kəşfiyyat Xidmətinin direktoru vəzifəsinə təyin olunmasına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə o, Ermənistan kanallarından birinə münasibət bildirib.

“Biz dövlət olmaq qərarına gəlsək, doğrudan da Ermənistanın xarici kəşfiyyata ehtiyacı var. Bu mənada yaxşı haldır ki, artıq lider var. Bu qadına salamlar olsun. İndi görürük ki, erməni kişiləri necə satılır. Təbii ki, bunu hamıya şamil etmək olmaz. Amma görürük ki, erməni kişisi və ya erməni adı olan kişi nə edir. Düşünürəm ki, bizim qadınlarımız daha çox vətənpərvərdirlər. Hər halda bizim qadınlarda bunu müşahidə etmişəm.

Biz bu qurumu modernləşdirməliyik ki, ruslar gəlib deməsinlər ki, gəlin sizə xarici kəşfiyyatın necə olması öyrədək. Onlar artıq bura ayaq basmayacaqlar. Bu qoy sırf erməni qurumu olsun. Regionda belə qonşuları olan bir dövlət kimi belə struktura ehtiyacımız var.
Ermənistanın milli təhlükəsizliyinin təmin edilməsi baxımından Milli Təhlükəsizlik Xidməti aşağı səviyyədə olub və yalnız təhlükəsizliyimizi məhv etmək siyasətinə xidmət edib”, - deyə Ayk Sukiasyan bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO