ABŞ senatorunun erməni arvadının cinayəti - Polis nəyi gizlədir? 

ABŞ senatorunun erməni arvadının cinayəti - Polis nəyi gizlədir? 

Hazırda oxunan: ABŞ senatorunun erməni arvadının cinayəti - Polis nəyi gizlədir? 

158380

ABŞ-ın Ermənipərəst senatoru Robert Menendesin həyat yoldaşı Nadin Arslanyan piyadanı vuraraq öldürüb, lakin cinayət təqibindən qaçıb. 

Bizim.Media xəbər verir ki, “The New York Times” qəzetinin yazdığına görə, ölümlə nəticələnən qəza 2018-ci ilin dekabrında Nyu Cersi ştatının Boqota şəhərində baş verib, lakin medianın diqqətini cəlb etməyib və heç bir ittihamla nəticələnməyib. 

Qəza nəticəsində 49 yaşlı Riçard Koop dünyasını dəyişib. Bergen Tibbi Ekspertizasına görə, onun cəsədi yolun kənarına atılıb və daha sonda parçalanıb.  
Nəşr yazır ki, Arslanyan daha sonra polisə bildirib ki,  sükan arxasında olarkən qarşısında avtomobil yolunu keçmək istəyən şəxsi görməyib. 

Qısa sorğu-sualdan sonra polis Nadin Arslanyanın (Menendes) heç bir günahının olmadığı qənaətinə gəlib və sərbəst buraxıb. 

“The New York Times” qeyd edir, bunlar cinayətin polis tərəfindən susdurulduğunu düşünməyə əsas verir. 

Belə ki, polisin verdiyi məlumata görə, Nadin Arslanyan qəzadan sonra narkotik və ya spirtli içki tesindən keçməyib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO