Rusiyadan Ermənistana SANKSİYA XƏBƏRDARLIĞI – “Münasibətlərə son QOYULA BİLƏR”

Rusiyadan Ermənistana SANKSİYA XƏBƏRDARLIĞI – “Münasibətlərə son QOYULA BİLƏR”

Hazırda oxunan: Rusiyadan Ermənistana SANKSİYA XƏBƏRDARLIĞI – “Münasibətlərə son QOYULA BİLƏR”

158343

Xəbər verildiyi kimi, Rusiyanın Ermənistana qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Kremlin ilk hədəfi Ermənistan istehsalı olan konyak məhsulları olub. 

Belə ki, Ermənistan mətbuatı 60-a yaxın yük maşınının iki həftədən çoxdur ki, Larsda dayandığını və Rusiya gömrükçülərinin onlara sərhədi keçməyə imkan vermədiyini yazıb. 

Yük maşınlarında Ermənistandan Rusiyaya ixrac edilən, müxtəlif şirkətlərə məxsus konyak məhsullarının olduğu da diqqətə çatdırılır. 

Rəsmi əsaslandırma ondan ibarətdir ki, məhsul, orijinal və ya saxta olduğunu öyrənmək üçün ekspertizadan keçməlidir. Ancaq belə bir fikir də var ki, bununla Rusiya tərəfi Ermənistana qarşı elan olunmamış sanksiyalar tətbiq etməyə başlayıb.

Sanksiyaların ardınca nə gələcək?

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Milli Məclisin deputatı Hikmət Babaoğlu, Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsi fonunda iqtisadi əlaqələrdə də ciddi fikir ayrılığının müşahidə olunduğunu bildirdi. 

Onun sözlərinə görə, hazırkı mərhələdə Lars yolunda hansısa məhdudiyyətlərin olmasını Rusiyanın Ermənistana qarşı sanksiyası kimi qiymətləndirmək mümkün deyil:

“Ona görə, Ermənistan iqtisadiyyatı böyük ölçüdə Rusiyadan asılı vəziyyətdədir. Hətta onların sosial həyatı bu ölkədən göndərilən maliyyə yardımları üzərində qurulub. Əgər Kreml İrəvana qarşı hansısa addımlar atarsa, ermənilərin vəziyyəti ciddi şəkildə gərginləşə bilər. Hazırkı məqamda Moskva Ermənistanı itirməyə hazır deyil və belə addımlar ikitərəfli münasibətlərin sonunu gətirə bilər”. 

Deputatın dediyinə görə, artıq Ermənistanda da bunu başa düşüblər: 

“Onlar yaxşı bilirlər ki, indiki məqamda regionda Rusiyasız mövcud olmaq mümkün deyil. Bütün hallarda belə siqnallar, gələcəkdə Moskva ilə İrəvan arasındakı münasibətlərin daha da gərginləşəcəyini göstərir”. 

Müsahibimiz qeyd edib ki ki, Rusiyanın Ermənistana qarşı müxtəlif formalarda yumşaq güc vasitələrindən istifadə etməsinin bir səbəbi var:

“Moskva belə addımlarla İrəvan hakimiyyətinə təzyiqləri artırmaq istəyir və gələcəkdə bunu daha da artıra bilər. Hazırda Rusiya da çətin vəziyyətdədir və strateji maraqları Cənubi Qafqazda kommunikasiya xətlərinin açılmasınını tələb edir. 

Bu gün də Rusiya XİN-nin sözcüsü Mariya Zaxarova bu xətlərin, əsasən də Zəngəzur dəhlizinin gələcək potesialından danışıb. Bu baxımdan da Moskvanın Lars yolundakı addımları ermənilərə xəbərdarlıq kimi qiymətləndirilməlidir”. 

Deputat, Rusiyanın bu təzyiqlərinə qarşı Ermənistanın həm siyasi, həm də iqtisadi immunitetinin çox zəif olduğunu vurğulayıb:

“Bu baxımdan da müəyyən bir mərhələdən sonra İrəvan hakimiyyəti bunu nəzərə alacaq”.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO