Paşinyan Qarabağda baş verən hadisələrə görə müxalifəti günahlandırdı

Paşinyan Qarabağda baş verən hadisələrə görə müxalifəti günahlandırdı

Hazırda oxunan: Paşinyan Qarabağda baş verən hadisələrə görə müxalifəti günahlandırdı

158341

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə “hökumət saatı” zamanı Qarabağda baş verən hadisələrdə parlament müxalifətini günahlandırıb.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, “Hayastan” blokundan olan deputat, “Daşnaksütyun” partiyasının üzvü Artur Xaçatryanın iradına belə reaksiya verib.

Baş nazir opponentlərini Qarabağda qondarma rejimin rəhbərliyinin dəyişməsini alqışlamaqla, qondarma rejimi təhlükəyə atmaqda və lokal antiterror tədbirlərini təşviq etməkdə ittiham edib.

Hökumət başçısı hesab edir ki, müxalifətin planları Ermənistanı Azərbaycanla münaqişəyə cəlb etmək və bunun nəticəsində Qarabağın erməni sakinlərinin Ermənistana köçmək yerinə, “Daşnaksütyun” partiyasının Paris, Boston və Los Ancelesdəki sıralarını gücləndirmək olduğunu vurğulayıb.

Paşinyan müxalifəti ölkəyə zərərli siyasət yürütməkdə günahlandırıb.

“Bugünkü parlament müxalifəti iqtidarda olanda ölkənin müstəqil olmasının qarşısını almaq üçün hər şeyi etdi”, - deyə o vurğulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO