Fransanın Cənubi Qafqazda SAVAŞ PLANI – Makron Ermənistanı müharibəyə HAZIRLAYIR

Fransanın Cənubi Qafqazda SAVAŞ PLANI – Makron Ermənistanı müharibəyə HAZIRLAYIR

Hazırda oxunan: Fransanın Cənubi Qafqazda SAVAŞ PLANI – Makron Ermənistanı müharibəyə HAZIRLAYIR

158301

“Ermənistanın sərhədləri bizim üçün müqəddəsdir”. Bu rəsmi Parisinin mövqeyidir. Bu mövqe isə zavallı erməni xalqına fransız sevgisindən qaynaqlanmır. Burda oxşar milli xüsusiyyətlər əsas rol oynayır. Fransızlar da ermənilər kimi hər zaman riyakarlıqla, satqınlıqla və digər naqislikləri ilə nələrəsə nail olublar. Məhz bu oxşarlıq səbəbindən son yüz ildə fransızlar ermənilərlə eyni mövqedən çıxış edirlər. 

Yəni erməni təəssübkeşliyi fransızlar üçün siyasi məqsəd olub. Tarixdən bildiyimiz kimi Ermənistan dövlətini var edən və onu ayaqda saxlayan Rusiya olsa da, Fransa da hər zaman ermənilərə xüsusi simpatiya bəsləyib. Fürsət düşdükcə Fransa Ermənistana ağalıq etmək missiyasını Rusiyanın əlindən almağa çalışıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Rəsmi Bakı: “Fransanın Ermənistanı silahlandırmağa çalışması qəbuledilməzdir”


Təsadüfi deyil ki, son 3 ildə Rusiyanın üzləşdiyi hərbi-iqtisadi problemlər Fransa üçün əlavə imkanlar açıb.

Üstəlik, Fransada yaşayan və güclü maliyyə qaynaqlarına malik erməni diasporunun iqtisadi dividendlərindən yararlanmaq istəyən fransız siyasətçiləri bir qayda olaraq ermənipərəst mövqedən çıxış edirlər. Necə deyərlər, fransızlar bəzi hallarda “Papadan daha katolik” olduqlarını sübut etməyə çalışıblar. Guya ki, Fransa üçün prioritet erməni maraqlarıdır. 

Fransa ermənilərin vasitəsi ilə Cənubi Qafqaza soxulmaq istəyir

Yada salaq ki, Fransa bu region üçün hər zaman yad ünsür olub. Ruslar bir yana, almanlar və ingilislərlə müqayisədə fransızlara Cənubi Qafqazda ehtiram yoxdur. Bununla belə rəsmi Paris zorla da olsa, regiona soxulmaq və Avrasiyanın unikal tranzit məkanı olan bölgədə möhkəmlənmək istəyir.

Gürcüstan və Azərbaycan bu istiqamətdə heç zaman Fransaya dəstəkçi olmayıb. Amma Ermənistan hər zaman Fransa ilə isti münasibətdə olub. Ona görə də Fransa erməni faktorundan istifadə edib bölgəyə gəlmək istəyir.   

Məsələn, Fransanın Müdafiə naziri Sebastyan Lekornyu bu yaxınlarda bəyan etdi ki, Fransa Ermənistanın müdafiə sahəsində tələbatlarını araşdırır:

“Prezident Makron şəxsən prosesləri izləyir, çünki bu məsələ Fransa üçün çox vacibdir. Makron bildirib ki, bizim üçün əsas məqsəd Ermənistanın ərazi bütövlüyü, suverenloyi və ölkə əhalisinin müdafiəsidir”.

Fransanın Ermənistana hərbi dəstək məsələsi yalnız indiki yox, əvvəlki prezident Fransua Olandın dövründə də aktiv olub. Oland zamanında bildirmişdi ki, Ermənistandan imtina Fransa üçün böyük biabırçılıq olardı:

“Artıq Ermənistan sərhədlərinin bizim üçün müqəddəs olduğunu bəyan etməyin vaxtı çatıb”.

Fransa nə istəyir?

Ermənistan sərhədlərinin Fransa üçün müqəddəs olması ermənilərin qulağına xoş gəlsə də bu daha çox Fransanın Cənubi Qafqaza girmək planlarından qaynaqlanır. Qeyd etdiyimiz kimi, Ermənistan Fransanın Cənubi Qafqaza giriş kartıdır. Çünki, regiondakı digər dövlətlər Fransanı bu bölgədə görmək istəmir. 

Fransa bölgəyə girməklə həm Rusiyanı bu regiondan sıxışdırıb çıxarmaq, həm də Türkiyənin bu coğrafiyada artan nüfuzunu neytrallaşdırmaq istəyir. Ona görə də Fransa Ermənistana təkcə iqtisadi deyil, həm də siyasi və hərbi yardımlar edir. 

Yeri gələndə ermənilərin heysiyyatlarından da faydalanırlar. Məsələn, Fransanın XİN başçısı Katrin Kolonna bu yaxınlarda X platformasındakı hesabında Ağrı dağının şəklini paylaşıb.

Üstəlik səfər ərəfəsində Katrin Kolonna Ermənistanla hərbi əməkdaşlığı gücləndirəcəklərini, İrəvana hərbi attaşşe təyin olunacağını və hətta Zəngəzurda yeni konsulluğun açılacağını bildirib. 

Bu bir tərəfdən ermənilərə maddi-mənəvi dəstək ifadəsidirsə, digər tərəfdən region ölkələrinə bir mesajdır. Bildiyimiz kimi Ağrı dağı Türkiyə ərazisidir. Və bu ərazini erməni torpağı kimi təşviq etmək fransızların məkrli planlarının bir hissəsidir. Bu həm də Fransanın siyasətindəki xristian təəssübkeşliyinin bir parçasıdır. Əslində isə  “Sərhədlərin müqəssədliyi” müasir səlibçilik siyasətinin təzahürüdür.

Bu gediş Ermənistan üçün nə vəd edir? 

Bütün bunlara rəğmən Fransanın erməni canfəşanlığı Ermənistana yaxşı heç nə vəd etmir. Çünki, Ermənistanın dünənə qədər ən yaxın strateji müttəfiqləri olan Rusiya və İran buna yol verməmək üçün əlindən gələni edəcəklər. Əks təqdirdə Ermənistan ərazisi hərbi poliqona çevrilə bilər. 

Yada salaq ki, Ermənistan tarixən müstəqil siyasət yürütməyib və xarici himayəçilər üçün “forpost” olmağa üstünlük verib. Bu gün Fransanın Ermənistanda yeni hərbi missiya yaratması Parisin açıq şəkildə Ermənistanı yeni müharibəyə hazırlamaq istəyindən xəbər verir. Bu isə ermənilərə yaxşı heç nə vəd etmir.

44 günlük müharibədə və 2 günlük lokal antiterror tədbirlərində digər dövlətlərlə yanaşı Fransa da Ermənistana kömək dura bilmədi. Azərbaycan çox qısa zamanda öz istəyinə nail oldu.

Əgər ermənilər fransızları Ermənistana dəvət etsələr, onda yeni münaqişə ocağı Ermənistan ərazisi olacaq. Bu münaqişədə isə Fransa xarakterinə uyğun olaraq sona qədər ermənilərin arxasında dayanmayacaq. Nəticədə, Ermənistan dövlət kimi tarixdən silinmək təhlükəsilə üz-üzə qalacaq.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO