Korotçenko: “Ermənistan Rusiya ilə bütün körpüləri yandırdı” – ÖZƏL 

Korotçenko: “Ermənistan Rusiya ilə bütün körpüləri yandırdı” – ÖZƏL 

Hazırda oxunan: Korotçenko: “Ermənistan Rusiya ilə bütün körpüləri yandırdı” – ÖZƏL 

158290

Xəbər verdiyimiz kimi ötən gün Ermənistan Milli Assambleyası Roma Statutunu ratifikasiya etdi. Bu qanun oktyarbın 7-də bütün Ermənistan ərazisində qüvvəyə minəcək. Nəzərə alaq ki, oktyabrın 7-i həm də Rusiya Prezidenti Vladimir Putinin doğum günüdür. 

Paşinyanın Rusiya liderinin ad gününə belə bir “hədiyyə” hazırlaması təbii ki, siyasi kluarlarda ciddi əks-səda doğurub. Hər kəs hesab edir ki, Ermənistan hakimiyyətinin bu cür təxribatçı addımı Rusiya tərəfindən heç də xoş qarşılanmayacaq.

Bəs, Rusiya Ermənistanı necə cəzalandıra bilər?

Mövzu ilə bağlı Rusiya Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenkonun fikirlərini öyrəndik. 

O, Bizim.Media-ya özəl açıqlamasında bildirib ki, Ermənistan parlamentində Roma Statutunun ratifikasiya edilməsi rəsmi İrəvanın növbəti anti-Rusiya addımıdır:

“Bu həm də Rusiya və Ermənistan arasındakı siyasi-diplomatik böhranın sübutudur. Paşinyan öz tərəfdarlarının əliylə Ermənistan parlamentini çox asanlıqla idarə edir. Ona görə də Ermənistan hakimiyyətinin bu qərarı tam anlaqlı şəkildə həyata keçirdiyinə heç bir şübhə yoxdur. 

Rəsmi Moskva dəfələrlə və müxtəlif kanallar vasitəsi ilə rəsmi İrəvanı başa salmaq istədi ki, hadisələrin bu cür inkişafı Ermənistana yaxşı heç nə vəd etmir. Lakin Rusiyanın bir çox mesajları cavabsız qaldı.

Üstəlik, belə həssas dönəmdə Roma Statutunun ratifikasiya edilməsi artıq bütün körpülərin yandırılması anlamına gəlir. Paşinyan Ermənistanın ən yaxın və etibarlı müttəfiqi olan Rusiyadan üz döndərərək Qərbə can atır. Paşinyan bu gün daha çox ABŞ, Fransa və Aİ dövlətləri ilə münasibətləri dərinləşdirmək istəyir”.

İqor Korotçenko əlavə edib ki, rəsmi İrəvanın bu cür hərəkətləri Rusiyanın reaksiyalarından kənarda qalmayacaq:

“Yəqin ki, ilk növbədə bu iqtisadi müstəvidə özünü göstərəcək. Unutmayaq ki, Ermənistan iqtisadi cəhətdən Rusiyadan çox asılıdır. Ona görə də Ermənistandakı rusafobiya siyasəti cavabsız qalmayacaq. Moskva Cənubi Qafqazda öz maraqlarını qorumağa davam edəcək. 

Açıq etiraf etmək lazımdır ki, Ermənistanın hansısa addımının Rusiya üçün problem yaradacağını düşünmək belə ağılsızlıqdır. Bu sadəcə Ermanistan-Rusiya münasibətlərinə zərbə vurur. Eyni zamanda, Ermənistanın KTMT-dəki mövqelərini zəiflədir”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO