Tanınmış rusiyalı jurnalist və siyasətçi Maksim Şevçenko Ermənistan parlamentinin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu (Əsasnamə) ratifikasiya etmək qərarına münasibət bildirib. Jurnalist dünya münasibətlərində və qanunun aliliyində baş verən köklü dəyişikliklərə öz əminliyini ifadə edərək, qərarın Ermənistan üçün mümkün mənfi nəticələrini proqnozlaşdırıb.
Bizim.Media xəbər verir ki, onun fikrincə, baş verənlər dünya münasibətləri sisteminin tamamilə dağılmasıdır.
O, Haaqa məhkəməsinin qərarlarının Ermənistan ərazisində qüvvədə olacağına işarə vurub:
"Bu baxımdan Ermənistan qlobal münaqişəyə cəlb oluna bilər".
Şevçenko vurğulayıb ki, Azərbaycanla münaqişə artıq Ermənistanın suveren dövlət kimi mövcudluğunu şübhə altına alıb:
"Bu isə ölkə adının “Qərbi Azərbaycan” və ya “İrəvan xanlığı” kimi dəyişdirilməsi ilə başa çata bilər".
"Qəbul edilən qərar hansısa beynəlxalq hüquq sənədinin qəbulu deyil. Bu, Aİ-nin tamamilə vassal andıdır", - deyə o vurğulayıb.
Şevçenko həmçinin Aİ-nin beynəlxalq arenada öz maraqlarını müdafiə etmək üçün kiçik müttəfiqlər axtardığını bildirib və Ermənistanı mümkün risklərə qarşı xəbərdar edib:
"Aİ indi Cənubi Qafqaza daxil olur... Bəs həqiqətənmi Türkiyə və Rusiyanın buna dözəcəyini düşünürlər? Siz ermənilər bu cür yanaşmalarla Azərbaycanın və ya Osmanlı İmperiyasının bir hissəsi olmaq məcburiyyətində qalacaqsınız".
Şevçenko həmçinin qeyd edib ki, Ermənistan beynəlxalq aləmdə “alış-veriş obyekti” olmaq riski ilə üz-üzədir.
“Yəni Ermənistan Roma Statutu ilə İrana arxalanacaq, yoxsa nəyə? İran mollalarına? Kim onlara sərfəli olanı edəcək, kim Moskvadakı, Ankaradakı, yoxsa Qərbdəki tərəfdaşları ilə Ermənistan üçün bazarlıq edəcək?”, - deyə Şevçenko soruşub.
- A-
- A
- A+
Region
11:13 / 04.10.2023
Maksim Şevçenko: "Ermənistanın adı İrəvan xanlığı ola bilər" - VİDEO
Hazırda oxunan: Maksim Şevçenko: "Ermənistanın adı İrəvan xanlığı ola bilər" - VİDEO
Hazırda oxunan: Maksim Şevçenko: "Ermənistanın adı İrəvan xanlığı ola bilər" - VİDEO
158275
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.