Erməni bloger Qarabağdakı xunta liderlərinə: Hər şeydən qurtula biləcəyinizi düşünürdünüz?

Erməni bloger Qarabağdakı xunta liderlərinə: Hər şeydən qurtula biləcəyinizi düşünürdünüz?

Hazırda oxunan: Erməni bloger Qarabağdakı xunta liderlərinə: Hər şeydən qurtula biləcəyinizi düşünürdünüz?

158271

"Dua edirəm ki, heç vaxt həbsdən çıxmayasınız".

Bizim.Media xəbər verir ki, bunu erməni bloger Natali Aleksanyan öz Facebook səhifəsində Qarabağda ləğv edilmiş xuntanın keçmiş rəhbərlərinə müraciət edərək yazıb.

“Niyə xalqı ölüm-dirim savaşına çağıranların və özlərini “prezident” adlandıranların heç biri alnına güllə çaxmadı? Həyat qiymətlidirmi, cənablar? Müəssisələrinizi, buğda sahələrinizi, çətənə plantasiyalarınızı xilas etmək üçün minlərlə itirdiyimiz övladlarımızın həyatı qiymətli deyildimi.

Siz özünüzü nə hesab edirsiniz? Bütöv bir xalqı aldatmaqdan qurtula biləcəyinizi düşünürdünüz? Mən qarabağlılara heyrətlənirəm ki, niyə sizi gübrə kimi o plantasiyalara tökməyiblər?
Heç vaxt həbsdən çıxmamağınız üçün dua edirəm. Ancaq üzülməyin, tezliklə Ermənistandan olan həmfikirləriniz də sizə qoşulacaq, onların da özlərini öldürməyə cəsarətləri çatmayacaq”, - deyə Natali Aleksanyan qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO