Sarkis Qalstyanla bağlı ilginc MƏLUMAT: Milliyətcə azərbaycanlıdır?

Sarkis Qalstyanla bağlı ilginc MƏLUMAT: Milliyətcə azərbaycanlıdır?

Hazırda oxunan: Sarkis Qalstyanla bağlı ilginc MƏLUMAT: Milliyətcə azərbaycanlıdır?

158264

Qeyri-rəsmi mənbələrə görə Sarkis Qalstyan adlı erməni Xankəndinə komendant (patrul zabiti) təyin edilib. Jurnalist Tatul Akopyan özünün Facebook səhifəsində bu informasiyanı təsdiq edib. “Arabot.am” nəşri isə Sarkis Qalstyanla bağlı bəzi təfərrüatlara aydınlıq gətirib. 

Bizim.Media nəşrə istinadən xəbər verir ki, Sarkis Qalstyan Şuşada əvvəllər fəaliyyət göstərən “Avan Plaza” mehmanxanasının (indiki Xarıbülbül) direktoru olub. 1990-cı illərin “xalq diplomatiyası”nın tərəfdarı kimi Bakıda səfərdə olub. 

2020-ci ildə 44 günlük müharibədən sonra "Avan Plaza" otelinin sabiq əməkdaşı yaydığı videomaterialda qeyd edib ki, Sarkis Qalstyan milliyyətcə azərbaycanlıdır və 13 ildir ki, Qarabağda (Qondarma "Arsax"ı nəzərdə tutur) yaşayır. 

Nəşr həmçinin yazıb ki, Sarkis Qalstyan rejimin qondarma parlamentindəki “Ədalət” fraksiyasının rəhbəri David Qalstyanın əmisi oğludur. 

Sarkis Qalstyan Arayik Arutyunyanın komandasının üzvü olduğu üçün David Qalstyan 2020-ci ildən onunla münasibətini kəsib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO