44 günlük müharibə zamanı döyüş meydanından qaçan erməni polkovnik mühakimə olunur

44 günlük müharibə zamanı döyüş meydanından qaçan erməni polkovnik mühakimə olunur

Hazırda oxunan: 44 günlük müharibə zamanı döyüş meydanından qaçan erməni polkovnik mühakimə olunur

158178

Ermənistanda 44 günlük müharibə zamanı döyüş meydanından qaçan polkovnik mühakimə olunur.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistanın Baş Prokurorluğu yayıb.

Mənbə yazır ki, 2020-ci il oktyabrın 3-də Tuğ kəndindəki xəstəxanaya Ermənistan Silahlı Qüvvələrinin 18-ci motoatıcı diviziyasının (42009 saylı hərbi hissə) komandir müavini, polkovnik Manuk Badalyan sağ dizinin yaralanması ilə bağlı müraciət edib:

"O, döyüş əməliyyatları zamanı yaralanma illüziyası yaratmaq üçün sağ diz oynağının şişmiş hissəsini dəfələrlə yodla müalicə edib, üzərini qalın isladılmış sarğı ilə sarıyıb. Bu isə nəticədə 2-ci dərəcəli yanıqlara səbəb olub.
2020-ci il oktyabrın 10-da saat 11:00-dan 12:00-dək bölmənin komanda məntəqəsinə keçid zamanı polkovnik Manuk Badalyanın və həmkarının olduğu avtomobil atəşə tutulub. Atışma nəticəsində yalnız sürücü qəlpə yaraları alıb. Eyni avtomobildə olan və heç bir xəsarət almayan Manuk Badalyan hərbçilərinə mərmi atəşi nəticəsində xəsarət aldığını deyib".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO