İranın Zəngəzurda TƏXRİBAT PLANI – Erməni terrorçular bölgəyə YERLƏŞDİRİLƏCƏK?

İranın Zəngəzurda TƏXRİBAT PLANI – Erməni terrorçular bölgəyə YERLƏŞDİRİLƏCƏK?

Hazırda oxunan: İranın Zəngəzurda TƏXRİBAT PLANI – Erməni terrorçular bölgəyə YERLƏŞDİRİLƏCƏK?

158157

Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi antiterror tədbirlərindən sonra bölgədən qaçan qanunsuz erməni silahlılarının bir hissəsinin Təbrizə aparıldığı bildirilir. Bu barədə “Türkiyə” qəzeti məlumat yayıb. Bildirildiyinə görə, 60 erməni silahlısı SEPAH-ın Təbriz ətrafında yerləşən Xasavan kəndi yaxınlığındakı “Əl-Zəhra” kazarmasına köçürülüb.

Burada SEPAH-ın onlara hərbi təlimlər keçəcəyi söylənilir. Bu fonda da yaxın dövrdə terrorçuların sayının min nəfərədək artırılacağı bildirilir.

Təlimlərin başa çatması və terrorçuların hazırlanmasından sonra SEPAH-ın onların Zəngəzur bölgəsinə yerləşdirilməsini planlaşdırdığı qeyd edilir.

Dünən isə iranlı ekspert Ehsan Movəheddian mətbuata açıqlamasında bildirib ki, İran Qarabağı tərk edən silahlıların Zəngəzurda yerləşdirilməsinə yardım etməlidir. Onun sözlərinə görə, həmin silahlılar Zəngəzurun “təhlükəsizliyini” təmin edə bilərlər.

Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, İranın Zəngəzur məsələsilə bağlı yeni planı Azərbaycana və Ermənistandakı Qərb agenturasına nəzarət etmək məqsədi daşıyır:
 

MÖVZU İLƏ BAĞLI:

Tehrandan Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı fikirlərinə REAKSİYA


“Tehran Qarabağda Azərbaycanın suverenliyinin bərpa edilməsini guya dəstəklədiyini söyləsə də, onun 30 il ərzində işğala görə İrəvana təzyiq etməməsi, torpaqlarımızın işğalına göz yumması da baş verib.

Həmçinin molla rejiminin İran ərazisindən ölkəmizə qarşı müxtəlif çağırışlar edən terrorçuları Bakıya təhvil verməməsi prosesi də baş verməkdədir. 

Bütün bunlar İranın Azərbaycanla münasibətləri normallaşdırmaq istiqamətində o qədər də səmimi olmadığının göstəricisidir. İranın Zəngəzurla bağlı da müəyəyn planları var. Onun Qafanda konsulluq açması, müxtəlif platformalarda Ermənistana dəstək ifadə etməsi İranın real mahiyyəti və iç üzünü ortaya qoymuş olur”. 

Ekspert qeyd edir ki, Azərbaycan cəmiyyətinə çoxdan bəlli olan İranın real siması indi artıq bütün bölgə dövlətlərinə də aydın olur: 

“Hər halda görünən odur ki, İran Zəngəzurda özünün təmsilçiliyini genişləndirmək istəyir. Əslində İran üzdə bildirməsə də, Ermənistan hakimiyyətinin ABŞ və Qərblə münasibətlərini dərinləşdirməsindən, İrəvanla Vaşinqtonun birgə hərbi təlimlər keçirməsindən, burada Avropa İttifaqının müşahidə missiyasının olmasından ciddi şəkildə narahatdır.

Hesab edirəm ki, İranın Zəngəzurda fəaliyyətini genişlənidrməyə çalışması həm Azərbaycanın Ermənistandan olan təxribatlara verəcəyi cavaba görə öz aləmlərində ölkəmizə təzyiq, həm də İrəvandakı Qərb agenturasının fəaliyyətinə nəzarət etmək məqsədi daşıyır. Amma bütün hallarda son dövrlər gərginləşən münasibətlər fonunda İran-Ermənistan münasibətlərinin pisləşəcəyini düşünürəm”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO