\

\"Moskva Vardanyana kömək etməyəcək\" - Rusiya SENATORU

Hazırda oxunan: \"Moskva Vardanyana kömək etməyəcək\" - Rusiya SENATORU

157315

“Rusiya qondarma “Dağlıq Qarabağ respublikasının dövlət naziri” vəzifəsində çalışmış və Azərbaycanın Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən saxlanılan Ruben Vardanyana kömək etməyəcək”.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya parlamentinin yuxarı palatasının - Federasiya Şurasının Konstitusiya komitəsinin üzvü Aleksandr Başkin jurnalistlərə açıqlamasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Vardanyan həbs edilib, Bakıya GƏTİRİLDİ - RƏSMİ


O deyib ki, ötən ilin sonunda Vardanyanın ərizəsi əsasında Rusiya Prezidenti Vladimir Putin onun vətəndaşlığına xitam verilməsi barədə fərman imzalayıb.

A.Başkin əlavə edib ki, Vardanyan öz xoşu ilə Rusiya vətəndaşlığından imtina edib və bu səbəbdən o, Rusiyadan heç bir hüquqi kömək ala bilməyəcək.

"Vətəndaşlıqdan çıxmaq könüllü seçim idi. Bu addımın bütün hüquqi nəticələri onun seçiminin nəticəsidir. Düşünürəm ki, onun vətəndaşlıqdan könüllü çıxmasının hüquqi nəticələri olacaq. İndi o, vətəndaşlıqdan imtina etdiyi üçün Rusiyadan yardım ala bilmir və ala bilməyəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO