"Rusiyanın agenti olan Vardanyan başına gələn hər şeyə layiqdir” - Erməni politoloq

Hazırda oxunan: "Rusiyanın agenti olan Vardanyan başına gələn hər şeyə layiqdir” - Erməni politoloq

157269

“Rusiyanın agenti kimi  anti-erməni maraqları naminə hərəkət edən və “vətənində” troya atı rolunu üzərinə götürən Ruben Vardanyan bu günlərdə başına gələn hər şeyə layiqdir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri erməni politoloq Ayk Martirosyan öz Facebook səhifəsində yazıb.

“Xainlər həmişə etdiklərinə cavab verirlər. Özü də bunlar axmaq olduqları üçün belə vəziyyətə düşürlər və çıxış yolu tapa bilmirlər.

Bu gün Ruben bütün erməni satqınlarına bir dərsdir. Onlar Rusiyanın anti-erməni ideologiyasına xidmət etməklə hər şeyə nail olurlar, amma sonra zibilliyə atılırlar, hər şeylərini itirirlər.

Bu işdə Ruben birincidir, ancaq sonuncu deyil.

Qarabağın dörd keçmiş psevdo-prezidenti, din xadimləri Rusiyaya xidmət edərək Ermənistanı məhvə sürükləyiblər. Qoy onların taleyi bundan da pis olsun”, - politoloq qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO