Paşinyan yeni müharibənin anonsunu verdi - Erməni deputat

Paşinyan yeni müharibənin anonsunu verdi - Erməni deputat

Hazırda oxunan: Paşinyan yeni müharibənin anonsunu verdi - Erməni deputat

157074

“Baş nazir Nikol Paşinyan bəyanatları ilə yeni müharibə anonsunu verib”.

Bizim.Media erməni mediasına istinadən xəbər verir ki, bu fikirləri Ermənistan parlamentində “Hayastan” müxalifət fraksiyasının üzvü Anna Qriqoryan tərəfindən səsləndirib.

“Müstəqillik əldə etdikdən 32 il sonra Ermənistan Respublikasının varlığını, onun dövlətçiliyini şübhə altına alan biri peyda olub. Həmin şəxs Nikol Paşinyandır. İndiyə qədər heç kimin ağlına dövlətçiliyi və müstəqilliyi şübhə altına alan suallar gəlməyib. Yalnız onun hakimiyyəti dövründə bu sual yarandı.
Əvvəllər biz Ermənistanın inkişafını necə təmin etməyi, ölkə daxilində mövcud olan problemləri müzakirə edirdik. Bunların içində korrupsiya, yoxsulluq, Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququ kimi məsələlər olub. İndi bütün bu məsələlər gündəmdən çıxarılıb, yalnız bir məqsəd qalıb: Heç olmasa əlimizdə olanı qorumaq”, - deyə Qriqoryan “Qırmızı xətt” verilişində bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO