“Kafir” dediyi ilə ÖPÜŞMƏK... – İran prezidenti bunu da ETDİ – VİDEO 

“Kafir” dediyi ilə ÖPÜŞMƏK... – İran prezidenti bunu da ETDİ – VİDEO 

Hazırda oxunan: “Kafir” dediyi ilə ÖPÜŞMƏK... – İran prezidenti bunu da ETDİ – VİDEO 

157027

Xəbər verdiyimiz kimi İran prezidenti İbrahim Rəisi ötən həftə BMT-nin illik toplantısına qatılmaq üçün ABŞ-da səfərdə olub. Lakin, bu səfər çərçivəsində İran prezidentinin keçirdiyi görüşlərdən birində lentə alınan görüntüləri xeyli təəccüb doğurub. 

Belə ki, İbrahim Rəisi Nyu-Yorkda yəhudilərlə görüşüb. Görüşməyi nə qədər təəccüblü olsa da onun yəhudulərlə mehribancasına öpüşməsi daha böyük heyrətə səbəb olub.

Axı, molla-fars rejimi yəhudiləri özlərinin qatı və barşımaz düşməni elan ediblər. Və guya İran dövlətinin də əsas hədəflərindən biri müqəddəs Qüdsü yəhudi “işğalından azad etməkdir”. 
 

MÖVZU İLƏ BAĞLI:

İran Ermənistandan niyə imtina etdi? - DETALLAR


Bundan əlavə rəsmi Tehran İsraillə münasibət saxlayan istənilən İslam ölkəsini düşmən elan edir. Təsadüfi deyil ki, rəsmi Tehran zaman-zaman Azərbaycanı İsraillə mehriban münasibətə görə qınayıb. Bununla belə Ermənistanla İran arasındakı strateji tərəfdaşlığa görə molla-fars rejimi heç bir iradı eşitmək istəmir. 

İran Prezidenti “kafir” ölkədə “kafir”lərlə ağız-ağıza öpüşür...

Məlumdur ki, insan ən yaxın adamı ilə öpüşür. Deməli, İran prezidenti üçün də yəhudilər yaxın adamdır.

Olsun. Biz bir söz demirik. Bu İran dövlətinin və İran prezidentinin biləcəyi məsələdir. Amma bizim bilmədiyimiz bir şey var. 

Yəhudilərlə ağız-ağıza öpüşən prezident niyə başqalarını İsraillə münasibət saxlamaqda günahlandırır?!

Təbii ki, molla-fars rejimi xarici siyasətində heç zaman səmimi olmayıb. Rəsmi Tehran yəhudilərlə üzdə düşmən olsa da hər zaman gizlində iş birliyində olublar. Ən başlıcası indiki molla-fars rejiminin Qərbin layihəsi olduğunu hər kəs bilir. Təsadüfi deyil ki, İran son 40 ildə dünyaya “yeni İslam” təqdim etməyə çalışır. 

Rəsmi Tehran onların bu ideyasının əleyhinə çıxan dövlətləri də həm İranın, həm də “islam”ın düşməni elan edir. Təsadüfi deyil ki, hazırda İran rejimi dünyanın bütün islam dövlətləri ilə soyuq müharibə şəraitindədir. İran özü daha çox Ermənistan, Hindistan və Rusiya kimi qeyri-islam ölkələri ilə dostluq edir. İsraillə isə üzdə düşmən, arxada dostdur.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən ilahiyyatçı Tural İrfan deyib ki, İran prezidentinin ABŞ-da yəhudi din xadimləri ilə öpüşüb görüşməsi əslində ortaq ideoji xətlərinə sadiq qalmalarının mesajı idi:

“İran rejiminin İslam dünyasına qarşı mübarizəsi massonluq və ABŞ-da yaşayan gizli dairələrlə eyni hədəfə xidmət edir. Bir az əvvəl İbrahim Rəisi İranda qəbul etdiyi Ermənistan Baş nazirinə də "Hacı ağa, buyurun..." deyə xitab edərək hədəflərinə aparan yolda İslamı əslində pilləkən kimi istifadə etdiklərini bir daha sübut etmiş oldu. 

İranın demək olar ki, bütün müsəlman ölkələri ilə pis münasibəti onu anti-İslam qüvvələri ilə həmrəy edir. Həmçinin İran rejiminin qurulma ideologiyası, dövlətin əsl məramı alt qatda ABŞ ilə zahirdə düşmənçilik görüntüsü yaratmaq, batində isə onun əlinə oynamaqdır. Necə ki, bunu biz təcavüzə məruz qalmış müsəlman ölkələrində görürük. 
İran İraqda, Suriyada, Liviyada, Yəməndə müsəlman qanı tökməkdə Amerika ilə əbəs yerə həmrəy deyil. Məqsəd İslamın əsaslarını sarsıtmaq, hər vasitə ilə İslam dövlətləri arasında qurula biləcək birliyə əngəl olmaqdır”.

Surxay Atakişiyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO