AKP üçün günlərdir gözlənilən böyük gün gəldi. Prezident Rəcəb Tayyib Ərdoğan AKP-nin 7-ci qurultayında çıxış edib.
Bizim.Media xəbər verir ki, partiya üzvləri Ankara İdman Salonuna toplanıblar.
Zalın ətrafı baryerlərlə nəqliyyat vasitəsi və piyada trafiki üçün bağlanıb.
MÖVZU İLƏ BAĞLI:
Bu gün AKP-nin qurultayı olacaq - Ərdoğan çıxış edəcək
12:00 Prezident Rəcəb Tayyib Ərdoğan salona girib və onu gözləyənləri salamlayıb.
11:40: Prezident Ərdoğan idman salonuna gəlib. Salona girməzdən əvvəl çöldə sakinlərə müraciət edib. Ərdoğan çıxışında deyib:
"Əziz bacı-qardaşlar, sizi ən ürəkaçan duyğularla salamlayıram. 7-ci qurultayımızı bir azdan keçirəcəyik. Sayımız 13 milyon 500 minə çatıb".
Bizim.Media